Akar: “Təhlükəsiz bölgənin yaradılması ilə əlaqədar plan hazırdır”
Tarix: 04.10.2019 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub: “Ləngimə olacağı təqdirə birgə fəaliyyətə son qoyulacaq”

Hulusi Akar ilə amerikalı həmkarı Mark Esper arasında telefon danışığı oldu
Türkiyə ABŞ-ı terror təşkilatı PKK/PYD/YPG-yə verdiyi dəstəyi kəsməyə cağırıb. Türkiyənin müdafiə naziri Hulusi Akar bu fikri amerikalı həmkarı Mark Esper ilə telefon söhbətində səsələndirib. Söhbətdə Suriya sərhədində təhlükəsiz bölgə yaradılması ilə bağlı müzakirə aparılıb. TRT bildirir ki, telefon danışığında Suriya sərhədində terror dəhlizi qurulmasına icazə verilməyəcəyi bir daha vurğulanıb. Görüş zamanı ABŞ-dan xeyli sayda silah-sursat verdiyi terror təşkilatı PKK/PYD/YPG-yə dəstəyini tamamilə dayandırması istənib. Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, Akar telefon danışığında Esperə Fərat çayının şərqində təqribən 30 kilometrlik dərinlikdə, sərhəd boyunca ağır silahlardan və terrorçulardan təmizlənilmiş təhlükəsiz bölgə/sülh dəhlizi qurulması və ləngimə olacağı təqdirə birgə fəaliyyətə son qoyulacağı və Türkiyənin bu məsələdə son dərəcədə qəyiyyətli olduğu mesajını çatdırıb. Akar telefon görüşündən əvvəl mediaya bildirmişdi ki, Türkiyənnin Suriyanın şimalında təhlükəsiz bölgə yaradılması məsələsində planı hazırdlr. Akar ABŞ-I nəzərdə tutaraq deyib: “Səbr və səmimiyyətlə sülhməqsədli həll porsesi üçün görüşlərimizi davam etdiririk. Daha əvvəl ifadə etdiyimiz kimi planlarımız hazırdır. Görüşləri davam etdirməyimiz, problemi sülhməqsədli metodlarla həll etmək istəməyimiz zəiflik, planımız hazır deməyimiz təhdid kimi başa düşülməməlidir”.

Anar




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
“DQR“in müdafiə naziri öldürüldü ..?
26.10.2020
Ən ağrılı kompromisə hazırıq - Paşinyan ağ bayraq qaldırdı
26.10.2020
Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər
26.10.2020
Ermənistan cəsədləri götürməkdən imtina edir
26.10.2020
Üç gündür acıq, gətirib atıblar bura, gediblər - Erməni hərbçilər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Xudatda əsgər ailələrinə yardım paylanılıb
2 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info