Ermənistan yeni borc almağa hazırlaşır
Tarix: 04.10.2019 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Erməni mənbələrindən verilən məlumata görə, bir neçə gün bundan əvvəl Ermənistan hökuməti fövqəladə iclas keçirərək gələn ilin büdcə layihəsini qəbul edib. 2020-ci il üçün əsas maliyyə sənədinin məzmununa qiymət verməyin hələ ki, tez olduğunu etiraf edən ermənilərin «Qolos Armenii» saytı buna baxmayaraq, qəbul edilmiş layihədəki xərc və gəlirlərlə bağlı sual doğura biləcək iradlarını bildirib: «Beləliklə, erməni hökumətinin gələn il üçün büdcə gəlirləri 1,69 trilyon, xərcləri 1,88 trilyon, büdcə kəsiri isə 183 milyard dram təşkil edəcək. Qeyd edək ki, bu il müvafiq olaraq, gəlirlər 1,49 trilyon, xərclər 1,64 trilyon, kəsir isə 151,6 milyard dram planlaşdırılırb».
Qarşıdakı ildə büdcənin gəlir hissəsinin artacağını yaxşı hal kimi dəyərləndirən sayt, buna baxmayaraq, layihədəki xərc artımı ilə gəlir artımının uyğun olmamasına təəssüfünü gizlətmir: «Belə görünür ki, hələlik mənbəyi bilinməsə də, ölkəyə gələn gəlirlər 200 milyard, xərclər isə 240 milyard darm artacaq. Belə olan halda ölkənin büdcə kəsirinin 31 milyard artacağı heç də xoşagələn hal deyil».
Qeyd edək ki, büdcə kəsirilərinin kredit fondları hesabına ödəniləcəyinin erməni hökuməti üçün ənənəvi hal aldığına diqqət çəkən sayt, 2020-ci ildə də hökumətin yeni borclara gedəcəyini istisna etmir. Sayt yazır: «Bütün bunlara rəğmən, Ermənistan hökumətinin 250 milyon dollar məbləğində yeni bir borc almaq niyyətində olması ilə bağlı son danışıqlar, məhz bu mənada elə də təəccüblü görünməməlidir».
Qeyd edilməlidir ki, bu məlumatın hələ ki, rəsmi təsdiqini tapmadığına şübhə ilə yanaşan sayt büdcəyə xidmət üçün kredit vəsaitlərinə Ermənistanın nəinki gələn il, hətta bu il də ehtiyacı olacağını bildirir. Maraqlıdır ki, sayt bunun üçün əsas da göstərir. Belə ki, mövcud hökumətin sələflərindən fərqli olduğunu nümayiş etdirməyə çalışaraq, ölkənin sabit maliyyə tələb edən sahələridə addımlar atdığını sübut kimi göstərir. Təbii ki, bura ölkədə maaşların artırılması, vergi güzəştləri və digər sosial proqramlar daxildir. Sayt əminliklə, gələn il ölkənin borc yükünün əhəmiyyətli dərəcədə artmasının qarşısını almağın mümkün olmayacağını iddia edir: «Bu artıq göz qabağındadır».
Saytın büdcə layihəsi ilə bağlı qaldırdığı maraqlı suallardan biri də, gələn ildə büdcə layihəsinin gəlir tərəfinin artaraq 200 milyard dram təşkil etməsi ilə bağlıdır. Sayt bu artmanın hansı mənbədən əldə ediləcəyini təkcə onun üçün yox, eləcə də çoxları üçün müəmma olduğunu gizlətmir: «Bu gün
Ermənistan hökumət başçısının vaxtaşırı iqtisadi fəallığın artması ilə bağlı xalqı «sevindirməsinə» baxmayaraq, ölkə iqtisadiyyatının iflic vəziyyətdə olduğu göz önündədir. Dünənə qədər elektrik istehlakı ilə öyünən Ermənistanın bu sahəsində də tənəzzül getməkdədir. Hazırda, müvafiq olaraq, ölkə iqtisadiyyatının real sektorundakı inkişafla bağlı hər hansı bir söhbət uydurmadan başqa bir şey deyil. Ona görə də, erməni hökumətinin ümidi yalnız vergi və kölgə iqtisadiyytına qalır. Lakin xəzinəyə 200 milyard dramın axını yenə də inandırıcı görünmür. Ona görə də, Ermənistandakı vergi məmurları 2020-ci ildə ölkədə vergi gəlirlərinin əhəmiyyətli dərəcədə artacağını indidən proqnozlaşdıra bilərlər. Onu da bildirək ki, bu gün Ermənistanda qaz tarifinin artacağı barədə söhbətlər səngimir. Məlum olmayan söhbət isə bunun nə vaxt baş verəcəyi və qiymətin nə qədər artacağından gedir. Beləliklə, qaz tariflərinin artması istər-istəməz vergi daxilolmalarının artmasına səbəb olacaq ki, bu da nəticə etibarilə büdcə gəlirlərinin artımını təmin edən mənbələrdən biri olacaq».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Səudiyyə Ərəbistanının tac şahzadəsi Çeçenistana səfər edəcək
14.10.2019
“Qolos Armenii”: “Paşinyan ölkəni cəhənnəmə çevirməkdədir”
13.10.2019
Putin MDB dövlət başçılarını Sankt-Peterburqdakı sammitə dəvət edib
12.10.2019
İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi
12.10.2019
Suriya ərazisindən Türkiyənin yaşayış sahəsi atəşə tutulub, ölənlər var

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info