Baş nazir Novruz Məmmədov müəllimləri təbrik edib
Tarix: 04.10.2019 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Baş nazir Novruz Məmmədov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
Trend-in məlumatına görə, Baş nazirin “Twitter” səhifəsində paylaşdığı təbrikdə deyilir:
“Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb.
Son illərdə təhsilin inkişafı ilə bağlı ölkəmizdə kompleks tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil işçilərinin maddi vəziyyəti, rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirləri dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edib. Ölkəmizdə hər il sayı artmaqda olan müasir məktəblər, yeni təhsil kompleksləri şagirdlərin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Təhsil işçilərinə hərtərəfli qayğı Azərbaycan dövlətinin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Müəllimlik şərəfli və məsuliyyətli işdir, çünki gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır.
Əziz müəllimlər, bayramınızı təbrik edir, respublikamızın intellektual potensialının gücləndirilməsi, gələcək nəslin inkişafı yolunda göstərdiyiniz fədakar işlərinizdə uğurlar arzulayıram.”




 
Bölməyə aid digər xəbərlər
30.10.2020
Rusiyanın Zabaykal vilayətindən Azərbaycan Orudusuna dəstək
30.10.2020
Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək
30.10.2020
Azərbaycanın Türkiyədəki Səfirliyi İzmirdəki zəlzələyə görə “Qaynar xətt“ yaratdı
30.10.2020
Bakcell Bərdə sakinlərinə dəstək göstərib
29.10.2020
Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11804

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info