FHN-in Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Tarix: 04.10.2019 | Saat: 19:43:00 | E-mail | Çapa göndər



Oktyabrın 4-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Akademiyanın rəisi, general-mayor Baba Salayev ali təhsil ocağının müəllim heyətini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. O bildirib ki, müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli peşə olmaqla, gənc nəslin tərbiyəsində, onların dünyaya baxışın formalaşmasında böyük rola malikdir. Müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunur, böyük hörmət və yüksək ehtiramla çəkilir. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyevin “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır” kəlamını xatırladan natiq Ulu Öndərin respublikamıza rəhbərliyinin bütün dövrlərində müəllim əməyinə çox yüksək qiymət verdiyini diqqətə çatdırıb.
Akademiyanın rəisi bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə aparılan yenidənqurma işləri, iqtisadiyyat, mədəniyyət və sosial sahələrdə reallaşdırılan islahatlar təhsilin inkişafına da müsbət təsir göstərir.
Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında müxtəlif musiqilər və rəqslər ifa olunub, şeirlər oxunub.




 
Bölməyə aid digər xəbərlər
31.10.2020
Lənkəran Dövlət Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
31.10.2020
Dağlıq Qarabağa həyat qayıdacaq!
31.10.2020
Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb
30.10.2020
Rusiyanın Zabaykal vilayətindən Azərbaycan Orudusuna dəstək
30.10.2020
Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info