“Zenith Energy” şirkəti Azərbaycanda özünün ilk neft quyusunu uğurla qazıb
Tarix: 04.10.2019 | Saat: 20:35:00 | E-mail | Çapa göndər



“Zenith Energy” şirkəti Azərbaycanda özünün ilk neft quyusunu uğurla qazıb.

AZƏRTAC Norveçin “Finansavisen” qəzetinə istinadla xəbər verir ki, yeni sınaqlar “Cəfərli” yatağındakı “Zenith Energy C-37” quyusunda quruda gündəlik hasilatın 100 barrelə çatacağını göstərir.
Neft şirkəti bildirir ki, indi onlar “Cəfərli” yatağındakı C-30 quyusuna növbəti qazma meydançasını səfərbərliyə hazırlıq üçün təchiz etməzdən əvvəl özlərinin qazma qurğusunda texniki sınaqlar aparacaqlar.
Qeyd olunur ki, C-37 quyusunda alınan nəticələr şirkətin direktorlar şurasında məmnunluq hissi yaradıb. “Biz özümüzün şəxsi qazma qurğusundan istifadə etməklə Azərbaycanda ilk qazma əməliyyatımızı nəinki uğurla başa çatdırdıq, həm də gündəlik neft hasilatını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırırıq. İndi biz işçi proqramımızda olan növbəti quyuda – C-30-da qazma işlərinin aparılmasını səbirsizliklə gözləyirik. Orada bütün geoloji və texniki göstəricilər bizim daha yüksək nəticələrə nail olmağımızı sübut edir”, - deyə “Zenith Energy” şirkətində bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info