Nyu-Yorkda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib
Tarix: 05.10.2019 | Saat: 10:01:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikası Diasporlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Nyu-York şəhərində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl tanınmış pianoçu, Əməkdar artist, professor, beynəlxalq müsabiqələr laureatı, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova çıxış edərək tədbirin əhəmiyyəti, Nəsimi dühası haqqında və “Nəsimi ili” mövzusunda çıxış edib.
Konsert proqramı çərçivəsində “Amerika Muğam Cəmiyyəti”nin sədri Cefri Verbakın Azərbaycanın milli tar və kamança alətlərində muğam ifa etməsi böyük maraqla qarşılanıb.
Azərbaycanın istedadlı pianoçusu, respublika və beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənlinin solo ifasında Üzeyir Hacıbəylinin “Cəngi”, Firəngiz Əlizadənin “Sonata” və digər əsərlər səslənib.
Bəstəkar İlahə İsrafilovanın Amerikada premyerası baş tutan “The world of Nasimi” kompozisiyası dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Həmçinin tədbirdə amerikalı soprano Shenika John Jordan tərəfindən Nəsiminin qəzəlləri və onun qəzəllərinə yeni yazılmış romanslar və N.Əliyarovanın ifasında “Yeddi gözəl” baletindən parça, F. Sücəddinovun “Vətən” balladası və s. əsərlər səsləndirilib.
Qeyd edək ki, Nyu-Yorkda Azərbaycanın dahi şairi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramının keçirilməsi mədəniyyətimizin geniş arenada təbliği istiqamətində atılmış əlamətdar hadisələrdəndir.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info