Avropa kömürdən imtina edir
Tarix: 06.10.2019 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Rusiya isə bazarin itirildiyinə inanmir

Sankt-Peterburq və Murmansk yaxınlığındakı limanlarda AB-ə ixrac üçün yeni kömür terminalları inşa edilir, Avropada isə kömür elektrik stansiyalarının bağlanması üzrə proqram qəbul edilir. Növbədə Almaniyadır.
Xpressa.net bildirir ki, sanki AB ilə Rusiya fərqli enerji reallıqlarında yaşayır. İstənilən halda, onların Avropa energetikasında kömürün gələcəyi ilə bağlı fikirləri bir-birindən kəskin şəkildə fərqlənir. AB-də böyük ölkələr bir-birinin ardınca artıq yaxın 10 il ərzində bütün kömür stansiyalarının bağlanması ilə bağlı proqram qəbul edir. Almaniya hökuməti sentyabrın 20-i belə bir planı təsdiqləmək niyyətindədir. Bu zaman Sankt-Peterburq və Murmansk limanlarının yaxınlığında açıq-aşkar Avropada yüksək və uzunmüddətli tələbata ümid edərək köhnə terminallar təkmilləşdirilir, həmçinin yeni kömür terminalları inşa edilir. Bu barədə Andrey Qurkov "DW" portalında yazır.
Ötən il Rusiyanın kömür tədarükünün yarısından çoxunun (100 milyon tondan çox) dəmir yolu və dəniz yolu ilə xaricə, məhz qərb istiqamətində (o cümlədən Ukrayna və Türkiyə) getdiyini nəzərə alsaq, Rusiya üçün bu vacib ixrac məhsulunu Avropa bazarında nə gözləyir?
AB-dəki vəziyyət kifayət qədər aydındır: Qərbi Avropanın aparıcı iqtisadi gücləri ekoloji səbəblərdən dolayı kömür istifadəsini dayandırmaqla bağlı qərar qəbul edirlər. Böyük Britaniya 2022-ci ildə 7 kömür stansiyasını bağlamağı planlaşdırır. Sonuncu stansiya 2025-ci ildə fəaliyyətini dayandıracaq. Elə həmin il İtaliya da kömürdən imtina edəcək.

Fransa onun üçün elə də böyük əhəmiyyət daşımayan kömür stansiyalarının 2023-cü ildə nəzərdə tutulan bağlanışını tezləşdirməyə və artıq 2021-ci ildə reallaşdırmağa söz verib. Niderland ən geci 2030-cu ildə kömür enerjisindən istifadəni dayandıracaq. Artıq 2021-ci ildə beş stansiyadan birincisinin fəaliyyətinə xitam veriləcək. İsveç 2022-ci ildən, Avstriya ən geci 2025-ci ildən, Finlandiya isə 2029-cu ildən kömürsüz keçinmək niyyətindədir.
İndi növbədə Avropanın ən böyük iqtisadi gücü - Almaniyadır. Almaniya hökuməti sentyabrın 20-i güclü ictimai təzyiq altında karbon qazı tullantılarının azaldılması üzrə çoxdan hazırlanan geniş miqyaslı proqramı qəbul edəcək. Proqram Paris İqlim Sazişində nəzərdə tutulan öhdəliklərin icrasını təmin edəcək. Kömürdən imtina proqramın mühüm tərkib hissəsi olacaq.
Bəs kömür şirkətləri və Rusiya hökumətinin reaksiyası necədir? Onlar Avropaya ixracı genişlətmək üçün liman tikirlər. Hal-hazırda Leninqrad vilayətində kömür terminalına malik yeni liman inşa edilir, Ust-Luqada mövcud terminal təkmilləşdirilir, Vısotskda mövcud terminala əlavə terminal planlaşdırılır. Eyni zamanda Murmansk yaxınlığında "Lavna" kömür terminalının tikintisi gedir.
Ancaq məqalədə deyilir ki, deyəsən bütün bunlar Rusiya kömürçüləri və ölkə rəhbərliyini narahat etmir. Niyə? Mümkün variantlardan biri belədir: onlar sadəcə Avropa planlarının reallığına və icra edilə biləcəyinə inanmırlar. Rusiyanın qaz və neft şirkətləri bir vaxtlar eynilə bu şəkildə ABŞ-da şist inqilabına inanmırdı.
Qurkov ikinci variantın da mümkün olduğunu yazır: "Bu da birinci ehtimalı istisna etmir. Ölkənin şimal-qərbində kömür terminallarının genişləndirilməsi Avropada bazar perspektivlərinin qiymətləndirilməsi ilə deyil, daha çox Moskvadan gələn göstərişlə əlaqəlidir. Rusiya rəhbərliyi hələlik Baltikyanı ölkələrdən daxil olan yük axınlarının yerli limanlara göndərilməsini tələb edir.
Gözə batan ziddiyyət yaranır: Avropanın şimal-qərbində kömürdən imtina edildiyi halda, Rusiyanın şimal-qərbində bu məhsulun ixracı üçün infrastrukturun genişləndirilməsinə külli miqdarda vəsait ayrılır.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info