İnqilabdan sonraki Ermənistan: keçmiş müxalifətçilər, indiki hakimiyyətdəkilərin davranışı
Tarix: 06.10.2019 | Saat: 09:22:00 | E-mail | Çapa göndər


Hazırda hökumətə daxil olan bir çox keçmiş müxalifətçi Rusiyanın başçılıq etdiyi blokda Ermənistanın üzvlüyünə aktiv müqavimət göstərməməyə başlayıblar.
Xpressa.net bildirir ki, əvvəlki hakim rejimdə qərbyönlü müxalifət Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqında (Aİİ) Ermənistanın üzvlüyünün əleyhinə olub. Müxalifətçilər bunu hökumətin Kremlin təsiri altında qalması kimi qiymətləndirib. Bu barədə amerikalı analitik Coşua Kuçera (Joshua Kucera) "Eurasianet.org" saytında yazır.
"İndi həmin siyasətçilərdən çoxu hökumət üzvü olduqdan sonra Aİİ əleyhinə etirazlar səngiyib. Oktyabrın 1-i İrəvanda bir araya gələn Aİİ ölkələrinin liderləri əsasən ölkənin Avrasiya oriyentasiyası ilə barışan hökumətin səmimi qəbulundan zövq alıb", - məqalədə deyilir.
"Paşinyan parlamentin müxalifətçi deputatı kimi Avrasiya inteqrasiyasına mötədil skeptik mövqe sərgiləyib. O, 2017-ci il parlament sessiyasında qeyd edib ki, Ermənistan bir il əvvəl Azərbaycanla münaqişə zəminində itkilər verəndə Aİİ üzvlüyü ölkəyə heç cürə kömək olmayıb. "İttifaqa qoşulduqdan sonra Ermənistan ərazisinin böyük bir hissəsini itirib", - deyə o bildirib.
Lakin Paşinyan baş nazir olduqdan sonra Aİİ-ni dəstəkləməyə başlayıb. Ötən ilin sentyabrı ilk dəfə Aİİ sammitində iştirak edən Paşinyan liderlərin quru rəsmi bəyanatları ilə müqayisədə bağlı qapılar arxasındakı canlı müzakirələrə görə müsbət mənada təəccübləndiyini etiraf edib.
Vyetnamda səfərdə olan Paşinyanın Putinlə telefon danışığı olub. Press-relizdə bildirilir ki, söhbət əsnasında məhz Aİİ ilə əlaqəli məsələlər müzakirə edilib.
"Vyetnam və Aİİ arasında azad iqtisadi zonanın yaradılması haqqında sazişin icrası üzrə addımları ətraflı müzakirə etdik. Bunu ölkələrimiz arasında mühüm əməkdaşlıq məsələlərindən biri hesab edirəm", - deyə baş nazir Hanoyda bildirib.
Məqalə müəllifi Aİİ-nin 2014-cü ildə Rusiya, Qazaxıstan və Belarus tərəfindən yaradıldığını xatırladır: "Ardınca ittifaqa Ermənistanla Qırğızıstan qoşulub. Rusiya təşkilatın dominant üzvü olaraq Aİİ-ni AB-ə qarşılıqlı sivil təşkilat kimi göstərməyə çalışır, bəzən Ermənistanda yeni hökumət üzvlərinin çoxunun dəyərlərinə zidd olan qeyri-liberal təşəbbüslərini irəlilətmək üçün ondan istifadə edir. Əslində isə bu, azad ticarət birliyidir. İrəvan postsovet məkanında iqtisadi maraqlarını irəlilətmək üçün bu aspekti vurğulamağa çalışır".
Parlamentdə Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasının o vaxtkı koalisiya tərəfdaşı "Maariflənmiş Ermənistan" partiyası 2017-ci ildə ölkənin Aİİ-dən çıxması haqqında qanun layihəsini təqdim edib. Partiya bu addımı təşkilata üzv olduğu 3 il ərzində Ermənistana dəyən iqtisadi zərərlə izah edib. Ancaq indi partiya etirazını geri çəkib.
"İndi vəziyyət dəyişib, təşkilatdan çıxışı təbliğ etməyə ehtiyac yoxdur", - partiya rəhbəri Edmon Marukyan sayta bildirib. Siyasətçinin fikrincə, xüsusən Rusiya ilə münasibətlərdə İrəvanın maraqlarını irəlilətmək üçün Aİİ-də Ermənistanın üzvlüyündən istifadə məsələsində yeni hökumətə daha çox etimad var.
Kuçera hesab edir ki, hakim rejim dəyişmədən bir neçə ay öncə Ermənistanın AB ilə əməkdaşlıq sazişi imzalaması da vəziyyəti dəyişib. İctimai rəy Marukyanın mövqeyi ilə üst-üstə düşür: sosial sorğu nəticələri göstərir ki, son bir neçə ildə ermənilər eyni zamanda AB və Aİİ ilə əməkdaşlığı getdikcə daha çox dəstəkləyir, bu zaman yalnız Aİİ ilə əməkdaşlığa göstərilən dəstək azalıb.
İstənilən halda, Ermənistanın Aİİ üzvlüyünə münasibətdə xüsusi seçimi yoxdur. Yeni hökumət hakimiyyətə gələnədək ölkənin geosiyasi kursunda dəyişiklik etməyəcəyinə söz verməklə Rusiyanın müqavimətinin qarşısını ala bilib. "Urus Advisory" konsaltinq şirkətinin analitiki Aleksey Paninin fikrincə, İrəvan qayığı yellətməklə heç nə əldə edə bilməyəcək: "Açığı, İttifaqın vicdanlı üzvü olmaq, onu sarsıtmaqdan daha asandır. Xüsusi səy lazım deyil".




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Səudiyyə Ərəbistanının tac şahzadəsi Çeçenistana səfər edəcək
14.10.2019
“Qolos Armenii”: “Paşinyan ölkəni cəhənnəmə çevirməkdədir”
13.10.2019
Putin MDB dövlət başçılarını Sankt-Peterburqdakı sammitə dəvət edib
12.10.2019
İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi
12.10.2019
Suriya ərazisindən Türkiyənin yaşayış sahəsi atəşə tutulub, ölənlər var

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info