Novruz Məmmədov: “Dünyada beynəlxalq hüquq böhranı yaşanır”
Tarix: 02.09.2013 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


“Təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe nümayiş etdirməyi bacarmadı”

Bakıda Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” mövzusunda II Forumu işə başlayıb. Forumda dünyanın 21 ölkəsinin dövlət qurumlarından, beyin mərkəzlərindən, elmi-tədqiqat institutlarından, universitetlərindən 70-dən artıq nümayəndə iştirak edir. Forumun plenar iclasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edərək dünyanın müxtəlif ölkələrindən alimlərin, rəsmi şəxslərin, beynəlxalq ekspertlərin səmərəli fikir mübadiləsi baxımından tədbirin əhəmiyyətini vurğulayıb. Novruz Məmmədov müstəqilliyini bərpa etdiyi vaxtdan ötən 22 il ərzində Azərbaycanda bütün sahələrdə əldə edilmiş nailiyyətlərdən, xüsusilə də ölkəmizin xarici siyasətdəki uğurlarından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb: “ Dünya maliyyə böhranının nəticələrinin öhdəsindən gəlir. Lakin fikrimcə bu gün dünyada daha bir böhran var - beynəlxalq hüquq böhranı. Təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe nümayiş etdirməyi bacarmadı. Azərbaycan torpaqları hələ də işğal altında qalmaqdadır. ATƏT və NATO kimi strukturlarla uğurlu əməkdaşlığa rəğmən heç bir nəticə əldə olunmayıb. Və bunu heç cür başa düşmək olmur. Belə böhran hamı üçün – həm Azərbaycan, həm də dünya birliyi üçün pisdir”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info