“Yavuz” gəmisi Aralıq dənizində qazma işləri aparacaq
Tarix: 07.10.2019 | Saat: 12:04:00 | E-mail | Çapa göndər


Türkiyənin “Yavuz” adlı qazma gəmisi ölkənin dənizdibi əraziləri daxilində qazma işlərinə cəlb olunacaq. Bu barədə Xarici İşlər Nazirliyi İkili Siyasi İşlər və Dənizçilik-Aviasiya-Sərhəd üzrə müdiri Çağatay Erciyes şəxsi “Twitter” səhifəsində yazıb. O bildirib ki, gəmi qazma işlərinə bugündən start verəcək. Qazma Türkiyənin BMT-də qeydiyyatda olan qitə dəhlizi və Türkiyə hökumətinin “Türk Petrolları” şirkətinə 2012-ci ildə verdiyi “Rəsmi Gazete”də də dərc olunan lisensiya sahələrində həyata keçiriləcək.
Kıbrıs Rum rəhbərliyinin 2003-cü ildən Türkiyənin və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) haqlarını pozduğunu vurğulayan Erciyes Türkiyənin Cənubi Kıbrısın qitə dəhlizi və xüsusi iqtisadi bölgələr mövzusundakı dəniz sərhədi iddialarını tanımadığını ifadə edib.
Enerji və təbii sərvətlər naziri Fateh Dönməz də “Yavuz” adlı qazma gəmisinin Aralıq dənizində axtarış fəaliyyətlərini davam etdirmək üçün Güzəlyurt-1 quyusu istiqamətində irəlilədiyini bildirib.
Gəmi Aralıq dənizində 2020-ci ilin yanvarınadək fəaliyyətlərini davam etdirəcək.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Aİ-yə üzv dövlətlərin liderlәri Brüsseldә görüşәcәklәr
16.10.2019
ABŞ Nümayəndələr Palatası Türkiyəyə qarşı sanksiyalara dair layihəsini təqdim edib
16.10.2019
Ərdoğan ABŞ nümayəndə heyətini məyus etdi
16.10.2019
Mövlud Çavuşoğlu TBMM-dә çıxış edib
16.10.2019
Ərdoğan “Sülh çeşməsi”nin sonaçatma vaxtını açıqladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info