ABŞ-da keçirilən festivalda partlayışlar olub
Tarix: 07.10.2019 | Saat: 12:07:00 | E-mail | Çapa göndər


Kaliforniya ştatının Hantinqton-Biç şəhərində bir sıra yerlərdə keçirilən ənənəvi pivə festivalı olan Oktoberfest təntənələri zamanı bir neçə partlayış baş verib.
Hakimiyyət orqanlarının məlumatına görə partlayışlar nəticəsində beş nəfər xəsarət alıb.

Şəhərin polis idarəsinin rəsmi bəyanatında bildirilir ki, yanğınsöndürənlər və polis əməkdaşları hadisə yerinə yerli vaxtla saat 20:10-da gəliblər. Qeyd olunur ki, partlayışlara Oktoberfest festivalının keçirildiyi “Old World Village” kompleksində transformatorun yanması səbəb olub.

Festival ziyarətçilərinə xidmət göstərən restoranın əməkdaşlarının sözlərinə görə, onlar əvvəlcə obyektin yanındakı yeraltı anbardan gələn qoxunu hiss ediblər. Hantinqton-Biçin yanğınsöndürmə xidməti bölməsindən Ceff Lopes mətbuat konfransında bildirib ki, yeraltı anbarda olan üç transformatordan yalnız biri partlayıb.

İki yanğınsöndürən hadisənin baş verdiyi yerdə yaralanıb və yerli xəstəxanaya çatdırılıb. Onlar müayinə olunduqdan sonra tezliklə evə buraxılıblar. Lopesin sözlərinə görə, orta və ağır dərəcəli bədən xəsarəti alan üç yaralı hələ də xəstəxanadadır.

İnsidentin baş verdiyi ərazi dərhal dövrəyə alınıb və partlayışın səbəblərinin araşdırılması üçün hadisə yerinə xüsusi polis dəstəsi göndərilib. Bir sıra yerli KİV-lərin məlumatına görə əvvəlcə hüquq-mühafizə orqanları terrorizm aktı ehtimalını istisna etmirdilər, lakin bu barədə rəsmi bəyanat hələ ki, yoxdur.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
BMT Təhlükəsizlik Şurası PKK terrorçuları ilə bağlı narahatlığını bildirib
17.10.2019
Aİ-yə üzv dövlətlərin liderlәri Brüsseldә görüşәcәklәr
16.10.2019
ABŞ Nümayəndələr Palatası Türkiyəyə qarşı sanksiyalara dair layihəsini təqdim edib
16.10.2019
Ərdoğan ABŞ nümayəndə heyətini məyus etdi
16.10.2019
Mövlud Çavuşoğlu TBMM-dә çıxış edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info