Beynəlxalq aviaşirkət Bakını ayın şəhəri seçib
Tarix: 07.10.2019 | Saat: 14:01:00 | E-mail | Çapa göndər


Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti olan "Lufthansa" Bakını ayın şəhəri elan edib. Dövlət Turizm Agentliyindən bildirilib ki, aviaşirkət Azərbaycanı “Odlar yurdu”, Bakının gecə mənzərəsini isə hər zaman hərəkətdə olan, alovlanan şəhərə bənzədib. Bakını Cənubi Qafqazın ən böyük şəhəri, Xəzər dənizinin qiymətli incisi adlandıran aviaşirkət dənizkənarı bulvar ərazisinə də xüsusi toxunaraq bu ərazinin insanları bir-birinə yaxınlaşdıran və mehribanlaşdıran məkan adlandırıb.
Həmçinin aviaşirkət öz səhifəsində İçərişəhəri bir labirintə bənzədib. Yeni və köhnə memarlıq abidələrinin Bakıya xüsusi bir gözəllik verdiyini, Şərqlə Qərbin sintezini yaratdığını deyib. Heydər Əliyev Mərkəzini isə Azərbaycan cəmiyyətinin müasirləşməsinin simvolu kimi dəyərləndirib. Avropa ilə Asiya arasında yerləşən Bakını məşhurlaşan meqapolis adlandıran "Lufthansa" öz müştərilərini Azərbaycana gəlməyə dəvət edib. Qeyd edək ki, Avropanın ikinci böyük aviaşirkəti olan “Lufthansa” hər ay öz füsunkarlığı ilə seçilən bir şəhəri ayın şəhəri elan edir. Bu yolla həmin şəhərlərin turizm potensialını nümayiş etdirmək üçün geniş imkanlar yaradılır.




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb
25.09.2020
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
22.09.2020
Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
21.09.2020
Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
16.09.2020
Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info