Tərtərdə yunan texnologiyası əsasında becərilmiş pambığın yığımına başlanıb
Tarix: 07.10.2019 | Saat: 14:11:00 | E-mail | Çapa göndər


Tərtərdə yerləşən sort-sınaq məntəqəsində yunan texnologiyası əsasında becərilmiş pambıq sahəsində yığıma start verilib. Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev, təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin rəhbərlərinin, yerli fermerlərin iştirakı ilə keçirilən tədbirdə yeni texnologiya əsasında aparılan becərmənin üstün tərəfləri barədə iştirakçılara məlumat verilib.
Nazirlikdən bildirilib ki, layihəyə 2019-cu ilin mayında start verilib. Layihənin icraçıları Yunanıstyanın “BİOS AGROSYSTEMS” şirkəti, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzidir. Təcrübə sahəsində Yunanıstanın “Christina”, “Prime 1004”, ABŞ-ın “PRG 9811”, “PRG 9048”, Türkiyənin “BA 440”, “Flash”, “Lima”, “Carisma” sortları ilə yanaşı “Gəncə 110”, “Gəncə 114”, “Gəncə 160” və “Gəncə 182” sortları becərilir.
Rəfail Quliyev bildirib ki, Tərtər rayonu ərazisində 6 hektar sahədə becərilmiş pambıq sortları müxtəlif xüsusiyyətlərinə görə fərqlənir: “Sortlar əsasən məhsuldarlığına, lif çıxımına, xəstəliklərə qarşı dözümlülüyünə, vegetasiya dövrünə görə bir-birindən fərqlənir. Üstün cəhətləri olan sortların həm yerli şəraitə uyğun becərilməsi, həm də bu sortlar əsasında yeni pambıq sortlarının yaradılması istiqamətində təcrtübələr aparılır. Bu sahədəki pambıq toxumluq məqsədilə becərilir və apardığımız ilkin müşahidələr göstərir ki, texnoloji xəritəyə uyğun becərmə aparıldığı təqdirdə bu sortlar çox yüksək məhsuldarlıq verə bilər”.
Nazirliyin təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, pambıqçılıq üzrə elmlər doktoru Ələddin Tağıyev və digərləri tədbir iştirakçılarına yeni sortların xüsusiyyətləri, texnoloji xəritəyə uyğun becərmənin aparılması qaydaları və s. barədə geniş məlumat veriblər.
Tədbirə qatılan fermerlər üçün pambığın becərilməsi mövzusunda geniş təlim keçirilib. Təlimdə pambıq yığımı dövründə görülməli olan işlər, yığım başa çatan sahələrin təmizlənməsi, yeni mövsümə hazırlıq işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info