Azərbaycan Türk Şurasına üzv ölkələrin investisiya və biznes forumunda təmsil olunub
Tarix: 07.10.2019 | Saat: 14:12:00 | E-mail | Çapa göndər


Daşkənddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) üzvü olan ölkələrin investisiya və biznes forumu keçirilib. Tədbirdə Türk Şurasına üzv ölkələrin sahibkarları və iş adamları iştirak edib. Öncə Türk İşgüzar Şurasının iclası keçirilib.
55 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev rəhbərlik edir. Özbəkistan Baş Nazirinin müavini, maliyyə naziri Jamşid Kuçkarov bu ölkələr arasında inteqrasiya və sərmayə qoyuluşu sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsindən danışıb. Türkiyə Ticarət Palatası və Birjasının prezidenti, Türk Şurası Ticarət-Sənaye Palatasının sədri Rifat Hisarçıklıoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin əhəmiyyətindən danışıb. O deyib ki, Türk Şurasının yaradılması bu ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsinə, iqtisadi və digər sahələrdə əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasına təkan verir. Türk Şurasına daxil olan ölkələr arasında əsas problem xarici ticarət dövriyyəsinin çox aşağı olmasıdır. Çalışmalıyıq ki, bu həddi yuxarı qaldıraq.
ASK-nın prezidenti Məmməd Musayev isə bildirib ki, ümummilli lider Heydər Əliyevin dövlətçiliyin, yeni iqtisadi sistemin yaranmasını təmin edən və milli maraqlara cavab verən siyasi kursunun Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsi nəticəsində son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilir. O deyib ki, son illərdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkə iqtisadiyyatının inkişafına əsaslı dərəcədə təsir göstərir.
Məmməd Musayev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət nəticəsində bu ilin 6 ayında qeyri-neft sənayesi 15,7 faiz, ticarət dövriyyəsi 20 faizdən çox artıb. Azərbaycanın qeyri-neft ixracı 15 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı isə 13 faiz yüksəlib: “Qazanılan uğurlar, ölkəmizdəki əlverişli biznes və investisiya mühiti beynəlxalq reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib”.
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsindən danışan Məmməd Musayev deyib: “Ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il 43,9 milyon ABŞ dolları təşkil edib. Bu, 2017-ci illə müqayisədə 46,3 faiz artım deməkdir. Bu tendensiya cari ildə də davam etməkdədir. Belə ki, bu ilin 7 ayı ərzində Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 faiz artaraq 38,6 milyon dollara çatıb”.
Tədbirdə digər ölkələrin nümayəndələri də çıxış edib, əlaqələrin daha da genişləndirilməsi istiqamətində həyata keçiriləcək layihələrdən danışıblar. Biznes forum çərçivəsində Türk dünyasının biznesmenləri ikitərəfli görüşlər keçiriblər.
Biznes forumda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info