Masallıda 18 oktyabr “Dövlət Müstəqillik Günü” nə həsr olunmuş tekvando idman növü üzrə açıq rayon birinciliyi
Tarix: 07.10.2019 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


6 və 7 oktyabr 2019-cu il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı rayon Taekvondo Mərkəzində 18 oktyabr Dövlət Müstəqillik Gününə həsr olunmuş uşaq və yeniyetmə oğlan və qızlar arasında taekvondo idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birinciliyə respublikanın bölgələrində fəaliyyət göstərən taekvondo bölmələrində məşğul olan və müvafiq hazırlığa malik olan 23 çəki dərəcələrində idmançılar qatılıb. Belə ki, 150 nəfərə yaxın idmançının iştirak etdiyi birincilik iki gün davam etmişdir.
Tədbirin Mükafatlandırma mərasimində çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İdman və İdmançılara göstərdiyi diqqət və qayğısından danışaraq , yarışın keçirilməsində əsas məqsəd idmançıların fiziki sağlamlığının artırılması, onların mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması,asudə vaxtlarının səmərəli təşkili,yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, dostluq əlaqələrinin təbliği, idmanın kütləviliyinə nail olmaq, respublikada, eləcə də Masallı rayonunda taekvondo idman növünün geniş təbliği, uşaq və yeniyetmələrin bu idman növünə marağın artırılması və inkişaf etdirilməsindən ibarət olduğunu bildirdi .
4 yaş qrupu üzrə keçirilən yarşda 13 komanda tərkibində — cənub bölgəsindən Masallı (2 komanda), Lənkəran (3 komanda) , Yardımlı , Cəlilabad rayonlarının idmançıları ilə yanaşı Bakı (2 komanda), Sumqayıt (2 komanda), Şirvan və Tovuz, şəhər və rayonlardan olan idmançılar da tatami üzərində öz güclərini sınamışlar.Yarışın yekununda Masallı rayonu I yerə, Lənkəran rayonu II yerə, Sumqayıt şəhəri III yerə layiq görülmüşlər. Yarışlarda qalib gələn idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışlar.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası
16.10.2019
Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlərə 7 milyon manat ayrılıb
16.10.2019
Masallıda “Qarabağ Azərbaycandır !” şüarı adı altında gənclərin yürüşü və marafon qaçışı üzrə rayon birinciliyi keçirilib
16.10.2019
“QARABAĞ AZƏRBAYCANDIR!“: MASALLIDA TƏDBİR
16.10.2019
Sumqayıtda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info