İsrailin “Qızıl səsi” Bakıda ilk klipini çəkib
Tarix: 07.10.2019 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Üç il əvvəl İsraildən Bakıya köçən populyar ifaçı Hava Dolev burada sözləri Həsən Babayevə, musiqisi isə Fəridə Kərimliyə məxsus olan “Bir söz var” adlı Azərbaycan dilində ilk klipini çəkib. AZƏRTAC xəbər verir ki, klipin rejissoru Nail Naiboğlu, operatoru Fahir Səmədoğlu, montajçısı Rahid Bayramlıdır, işıq korreksiyası isə Aleks Anişenkoya məxsusdur.
Hava Dolev bildirib: “Bu mənim Azərbaycanda ilk klipimdir və mən çox həyəcanlıyam, çünki istəyirəm ki, bu işimi bütün azərbaycanlılar bəyənsin. Hər şey böyük sevgi, böyük gözlənti və böyük həyəcanla görülüb. Layihənin həyata keçirilməsinə görə yaradıcı kollektivə təşəkkür edirəm. Azərbaycanı səmimi qəlbdən sevirəm. Bu sevgi erkən yaşlardan başlayıb. Uşaqlıqdan bizim evdə Azərbaycan mahnıları – muğam, klassik və estrada mahnıları çalınıb. Həmin vaxt məndə Azərbaycan mədəniyyətinə və musiqisinə qeyri-adi sevgi yaranıb. Babam dahi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını dağ yəhudilərinin dilinə tərcümə edən ilk adamdır, Zülfüqar Hacıbəyovun əsəri üzrə “Aşıq Qərib” tamaşasını və Azərbaycan nağılı “Pəri xanım”ı səhnələşdirib. Mən əfsanəvi müğənni Rəşid Behbudov və Şövkət Ələkbərovanın heyrətamiz səsləri fonunda yuxudan oyanırdım. Həmişə demişəm ki, günlərin birində Azərbaycana yaşamağa gedəcəyəm. Bu torpaq Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Arif Məlikov kimi dahilər yetişdirib. Buna görə də mən bu mübarək torpaqda yaşamaq və yaratmağa görə xoşbəxtəm”.
Qeyd edək ki, H.Dolev Dərbənddə anadan olub. Müğənninin babası Abram Avdalimov Dağıstanın Xalq artisti olub, atası Şamay (Papik) Avdalimov və əmisi Binyamin Avdalimov tanınmış qarmon ifaçılarıdır. Hava 17 yaşında ailəsi ilə birlikdə İsrailə köçüb. O, orada 20 il ərzində uğurlu ifaçı kimi fəaliyyət göstərib. Havanı İsralin “Qızıl səsi” adlandırıblar. İvrit, rus, Azərbaycan dillərində olan kompozisiyalardan ibarət zəngin repertuara malikdir. Avropa, Türkiyə, Fransa, İtaliya və ərəb estradasının hit mahnılarını ifa edir. Lakin Azərbaycan musiqisi onun yaradıcılığında xüsusi yer tutur. O, İsraildə Azərbaycan musiqi sənətini fəal təbliğ edib, layihələrdən birini əfsanəvi Şövkət Ələkbərovanın xatirəsinə həsr edib, Xalq artisti Aygün Səmədzadə, ifaçılar Ayaz Qasımov və Nazim Pişyari və başqaları ilə layihələr həyata keçirib.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info