Tramp: “ABŞ-ın Suriyada sonu olmayan, mənasız müharibədən çəkilməsinin vaxtı çatıb“
Tarix: 07.10.2019 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


“ABŞ-ın Suriyada sonu olmayan, mənasız müharibədən çəkilməsinin vaxtı çatıb”.

APA-nın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

O, Prezident seçildiyi vaxt İŞİD-in regionda güclü olduğunu xatırladıb: “ABŞ-ın 30 gün müddətində Suriyada qalacağı ehtimal edilirdi. Lakin bunun üzərindən illər ötüb. Biz Suriyada qaldıq və qarşımızda heç bir məqsəd olmadan döyüşün dərinliklərinə getdik. Mən Prezident seçiləndə İŞİD regionda azğınlıq edirdi. Biz tezliklə İŞİD-i 100 faiz məğlub etdik. Əksəriyyəti Avropadan olan minlərlə İŞİD döyüşçüsünü ələ keçirdik, lakin Avropa onları geri almaq istəmədi. Bizə dedilər ki, onları ABŞ-da saxlayaq. Mənsə dedim ki, xeyr, biz sizin üçün böyük bir yaxşılıq etmişik, indi siz bizim onları böyük vəsait hesabına ABŞ həbsxanalarında saxlamağımızı istəyirsiniz?! Onlar məhkəmə qarşısına çıxarılması üçün sizindir. Lakin onlar yenə də buna “yox” dedilər. Düşündülər ki, hər zaman olduğu kimi ABŞ-dan istifadə edə bilərlər”. D. Tramp qeyd edib ki, kürdlər ABŞ qüvvələri ilə birlikdə vuruşublar, lakin bunun üçün onlara külli miqdarda vəsait ödənilib və onlar silah-sursatla təchiz olunublar: “Kürdlər onillərdir Türkiyə ilə vuruşurlar. Mən 3 il bu vuruşmada qaldım, lakin artıq əksəriyyəti qəbilə döyüşləri xarakterini daşıyan bu cəfəng, sonu olmayan, mənasız müharibədən çıxmağın və əsgərlərimizi evə qaytarmağın vaxtı çatıb. Bizə xeyir gətirən müharibələrdə yalnız qalib gəlmək üçün savaşacağıq. İndi Avropa, Türkiyə, Suriya, İran, İraq, Rusiya və kürdlər özləri vəziyyəti başa düşməli, qonşuluqlarında ələ keçirilən İŞİD döyüşçüləri ilə nə etməli olduqları barədə qərar verməlidirlər. Onların hamısı İŞİD-ə nifrət edirlər, illərdir düşməndirlər. Biz isə 700 mil aralıdayıq. Əgər İŞİD yenidən bizə yaxın gələrsə, biz onlarla vuruşacağıq".




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Bu faktlar sizi göz yaşlarina boğacaq: Türk ordusu Suriyada inanılmaz mənzərə ilə qarşılaşdı
16.10.2019
Suriyada bir həftəyə 637 terrorçu öldürülüb
16.10.2019
YPQ/PKK-nın hücumu nәticәsindә altı dinc sakin dә hәlak oldu
16.10.2019
“Barış bulağı“ əməliyyatında məhv edilən terrorçu sayı 611-ə çatıb
15.10.2019
Aİ-yә üzv dövlәtlәrin XİN rəhbərləri Türkiyə məsələsini müzakirə edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info