“İrəvandakı Soros ofisi insan hüquqları təşkilatlarını susdurub”
Tarix: 07.10.2019 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


“Soros qrupunun Ermənistandakı üzvləri ölkədə hər şey etmək iqtidarındadırlar”

Ermənilərin «Past» nəşri baş nazir Nikol Paşinyanın bu yaxınlarda istefaya göndərdiyi Milli Təhlükəsizlik Xidmətinin direktoru və polis rəisi postlarının, mahiyyət etibarilə, siyasiləşənə qədər rəhbərsiz qalacağı barədə məlumat yayıb. Xatırladaq ki, bir müddət bundan əvvəl hər iki posta sahiblənə biləcəyi ehtimal olunan namizədlərin adları mətbuatda açıqlansa da, amma hələ ki, bunlar öz təsdiqini tapmayıb. Buna baxmayaraq, bu gün hər iki vəzifəni müvəqqəti olaraq Artur Vanetsyan və Valeri Osipyanın müavinləri icra edirlər.
Nəşrin yazdığına görə, Paşinyan bu postların siyasi olacağı ümidilə qanun layihəsinin qəbulunu gözləyir. Qeyd edilməlidir ki, Ermənistanda qəbul olunan qaydalara görə, ölkədə yaşı 25-dən yuxarı olan və erməni dilində sərbəst danışa bilənlər və yalnız erməni vətəndaşları Milli Təhlükəsizlik Xidmətinin direktoru və polis rəisi təyin oluna bilərlər. Hazırda bu vəzifələrə ölkədə heç bir siyasi partiyanı təmsil etməyən hər hansı bir şəxsin təyin ediləcəyinin mümkünlüyü barədə bildirilsə də, əslində Nikol, böyük ehtimala, bu postlara öz namizədlərini yerləşdirməyə çalışır.
Yeri gəlmişkən, erməni saytlarında daha bir maraqlı nüans sabiq xidmət direktoru Artur Vanetsyanla bağlı səslənməkdədir. Qeyd edək ki, bir müddət bundan əvvəl Ermənistan Futbol Federasiyasının sədri vəzifəsindən də kənarlaşdırılan Vanetsyan son açıqlamalarının birində «siyasətdən getsə də Federasiya sədirliyindən» istefa verməyəcəyini bəyan edib. Maraqlıdır ki, bəzi erməni KİV-ləri keçmiş hökumət üzvlərindən olan Vanetsyanın bu əməlini Paşinyana dirəniş kimi dəyərləndiriblər (News.am).

“Ermənistanda insan hüquqları qorunmur”

Bu arada "VETO" ictimai-siyasi hərəkatının yaradıcısı kim təqdim olunan Narek Malyan özünün şəxsi «Facebook» səhifəsində bir müddət bundan əvvəl qarşılaşdığı haqsızlıqla bağlı yazı və video yerləşdirib. Dediyinə görə, bu ilin əvvəllərində evinin yaxınlığında, Ermənistanda fəaliyyət göstərən Soros qruplaşması üzvlərinin hücumuna məruz qaldığını bildirən Malyan, cinayətkarlar barədə hələ də heç bir tədbir görülməməsindən şikayətlənir: «Xatırladım ki, həmin qrupun Ermənistandakı üzvləri ölkədə hər şey etmək iqtidarındadırlar. Buna baxmayaraq, ölkədə fəaliyyət göstərən insan hüquqları təşkilatlarının heç biri indiyə qədər bu qruplaşmaların cinayət əməllərinə rəsmi olaraq münasibət bildirməyiblər. Belə görünür ki, insan hüquqları təşkilatlarına susmaq əmri, məhz İrəvandakı Soros ofisi tərəfindən verilib. Maraqlıdır ki, Soros qruplaşmasının qanunsuz əməllərinə Milli Assambleyanın İnsan Hüquqlarını Müdafiə Daimi Komissiyası da səssizlik nümayiş etdirir. Mən bütün bunlara rəğmən, bu gün Ermənistanda qəbul edilmiş qanunların yalnız yuxarı zümrəyə şamil edildiyini bildirmək istəyirəm. Hazırda ölkədə dövlət orqanları işləmir və əslində, sadə vətəndaşların ümidinə qalan ədalətin bərpası yalnız vətəndaşlar tərəfindən həyata keçirilir. İrəvandakı hüquq müdafiəçiləri isə, əslində, insan hüquqlarını deyil, bir qrup eqoist məmur və onlara xidmət edənlərin maraqlarını müdafiə edirlər». Xatırladaq ki, ermənilərin «Panorama.am» saytı Malyanın sosial şəbəkədə paylaşdığı bu açıqlamasının üç dildə yayıldığını bildirir.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
27.10.2020
“DQR“in müdafiə naziri öldürüldü ..?
26.10.2020
Ən ağrılı kompromisə hazırıq - Paşinyan ağ bayraq qaldırdı
26.10.2020
Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər
26.10.2020
Ermənistan cəsədləri götürməkdən imtina edir
26.10.2020
Üç gündür acıq, gətirib atıblar bura, gediblər - Erməni hərbçilər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Xudatda əsgər ailələrinə yardım paylanılıb
2 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info