Balakən rayonundan olan çağırışçılar müddətli həqiqi hərbi xidmətə təntənə ilə yola salınıblar
Tarix: 07.10.2019 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış davam edir.
Oktyabrın 7-də Balakən rayonunda keçirilən yolasalma mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Balakən rayon şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, mədəniyyət və incəsənət adamları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən SHXÇDX-nin Balakən rayon şöbəsinin rəisi, polkovnik-leytenant Sadiq İsmayılov çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, ölkəmizin keşiyində ayıq-sayıq dayanmağın, respublikamızın ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağın vacibliyini onların diqqətinə çatdırıb. Valideynlər adından çıxış edən Sevinc İsgəndərova xalqımızın qüdrətli Azərbaycan Silahlı Qüvvələrinə inamının böyük olduğunu diqqətə çatdırıb, övladlarını hərbi xidmətə fəxrlə yola saldıqlarını deyib.
Digər dövlət orqanlarının, veteran təşkilatlarının nümayəndələri çıxış edərək möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi sahədə həyata keçirilən islahatlardan danışıb, çağırışçılara işğal altında olan torpaqlarımızda üçrəngli Azərbaycan bayrağını dalğalandırmağı arzulayıblar. Çağırışçılar adından danışan Fuad Əliyev Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, bu vəzifəni layiqincə yerinə yetirəcəklərinə, Azərbaycan əsgərinə olan etimadı doğruldacaqlarına söz verib. Konsert proqramı ilə davam edən tədbirin sonunda çağırışçı gənclər Azərbaycan bayrağını öpərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Xüsusi nəzarətə götürülmüş 165 məktəbin 102-sində nəticələr yüksəlib
15.10.2019
BMU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramı müzakirə olunub
15.10.2019
10 məktəb direktoru işdən çıxarılıb
14.10.2019
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14.10.2019
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info