FAO 2019/20-ci il taxıl üçün qlobal ticarət proqnozunu açıqlayıb
Tarix: 07.10.2019 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


FAO sentyabr ayının nəticələri ilə bağlı Qida Qiymət İndeksini açıqlayıb. Daha çox satılan ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişikliklərdən sonra FAO Qida Qiymət İndeksi avqust ayına nisbətən 2018-ci ilin eyni ayından 3,3 faiz artımla sentyabr ayında 170 xal təşkil edib.
Qarğıdalının qiymətləri aşağı düşərkən buğda qiymətləri artdıqca FAO Taxıl Qiymət İndeksi sabit qalıb. Beynəlxalq düyü qiymətləri, Filippin və Nigeriyadakı qeyri-müəyyənlik və fərqli idxal tələbi səbəbindən azalıb.
FAO Bitki Yağı İndeksi bir ildən uzun müddət sonra ən yüksək səviyyəyə - 1,4 faiz səviyyəsinə yüksəlib. Yüksəlişin əsas səbəbi, Hindistan və Çindən palma yağının idxalı və Avropa Birliyi ölkələrində bioyanacaq sektorunda istifadə edilən pambıq yağına güclü tələbatdır. Digər tərəfdən, soya və günəbaxan yağlarının qiymətində azalma müşahidə edilib.
FAO-nun Şəkər Qiymətləri İndeksi, bol ehtiyat, tədarük meyilləri və Braziliyada etanol istehsalında istifadə edilən şəkər qamışına olan tələbatın azalması səbəbindən avqust ayından bəri 3,9 faiz azalıb.
FAO Süd Qiymətləri İndeksi pendir və kərə yağın qiymətləri, süd tozundakı yüksək kvotayla tarazlaşdırılaraq 0,6 faiz azalma müşahidə edilib.
FAO-nun Ət Qiymətləri İndeksi isə Çindən sıx idxal tələbi ilə 0,8 faiz artıb. Dünyanın ən böyük bazarı olan Çində donuz ətinin qiymətləri, Avropada artan ixracla bağlı beynəlxalq bazarlarda donuz əti qiymətlərinin azalmasına səbəb olaraq avqust ayında yüksək səviyyədə qalıb.

Cari taxıl proqnozları

FAO-nun dərc olunan Taxıl Tələb və Təklif Xülasəsində, qlobal taxıl istehsalının keçən ildəkindən 2 faiz artımla bu il 2 milyard 706 milyon tona çatacağı proqnozlaşdırılır.
Çin, Hindistan, Filippin və ABŞ-da quru hava və düyü istehsalı ilə bağlı proqnozların azalması Avstraliyada buğda toplanışında azalma ilə müşahidə edilib. Bununla yanaşı, FAO, qlobal iri dənəli taxıl istehsalı ilə bağlı proqnozları Braziliyada və ABŞ-da arpa istehsalı və daha yaxşı qarğıdalı istehsalına dair proqnozlara əsasən artırıb. Gələn il üçün qlobal taxıl istifadəsi ötən ayın proqnozlarına əsasən azalsa da rekord səviyyədə - 2 714 milyon ton olduğu təxmin edilir. Qlobal taxıl ehtiyatlarının 2020-ci il mövsümünün sonuna qədər açılış səviyyələrindən 2,0 faiz azalaraq 850 milyon tona çatacağı gözlənilir. Qlobal buğda ehtiyatlarının, Çindəki kəskin azalma səbəbindən qarğıdalıda əhəmiyyətli dərəcədə azalması səbəbiylə 1,6 faiz artacağı gözlənilir.
FAO, 2019/20-ci ildə taxıl üçün qlobal ticarət proqnozunu 415 milyon ton səviyyəsində saxlamaqda davam edir. Qlobal buğda və düyü ixracatının yenidən artacağı proqnozlaşdırılır, iri dənli taxıllar üçün isə azalma gözlənilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info