ABŞ “yaşıl işıq” yandırdı: Türkiyə Suriyanın şımalında hərbi əməliyyat keçirəcək
Tarix: 07.10.2019 | Saat: 19:45:00 | E-mail | Çapa göndər



BMT Türkiyənin Suriyada keçirəcəyi hərbi əməliyyata dair çağırış edib: fövqəladə vəziyyətlə bağlı plan tərtib edilib


Ərdoğan ABŞ-ın qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başladığını təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başladığını təsdiqləyib. Serbiya səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib ki, bu, yeni bir məsələ deyil.
“Bildiyiniz kimi, ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriya-Türkiyə sərhədindən geri çəkilməsi ilə bağlı lazımi göstərişlərini vermişdi. Sadəcə bu proses gecikirdi” - deyə Türkiyə Prezidenti vurğulayıb. Ərdoğan Suriyanın şimalında hərbi əməliyyatlara başlamaqda qətiyyətli olduqlarını bildirib. O qeyd edib ki, terror təşkilatlarının Türkiyəyə qarşı təhdidlərinin qarşısı alınacaq. “Reuters”in yaydığı xəbərdə qeyd edilir ki, ABŞ daha Suriyada YPG/PYD terrorçularını Türk Silahlı Qüvvələrindən qorumayacaq. Bu haqda “Reuters”ə adı açıqlanmayan ABŞ rəsmisi bildirib. ABŞ Suriyanın şimalında - Tel Əbyad və Ras əl-Ayn yaşayış məntəqələrində yerləşən iki müşahidə məntəqəsindən qoşunlarını təxliyə edib. Ağ Ev Türkiyə Ordusunun Suriyada hərbi əməliyyatlara başlayacağını təsdiqləyib. Bundan sonra, ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında edilən telefon söhbətindən sonra Ağ Evin yaydığı açıqlamada bildirilib ki, ABŞ Silahlı Qüvvələri Türkiyənin Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyata daxil olmayacaq: "Türkiyə tezliklə Suriyanın şimalında özünün çoxdan planlaşdırılmış əməliyyatına başlayacaq. ABŞ-ın Silahlı Qüvvələri bu əməliyyatı dəstəkləməyəcək və ya əməliyyatda iştirak etməyəcək, “İŞİD”-i məğlub edən ABŞ hərbi qüvvələri daha bölgələrdə olmayacaq”. ABŞ hökumətinin Suriyada məhkum tutulan “İŞİD” üzvlərinin geri almaları üçün mənsub vətəndaşı olduqları ölkələrə o cümlədən Fransa, Almaniya və digər Avropa İttifaqı ölkələrinə təzyiq etdiyini, ancaq bu ölkələrin terrorçuları almaq istəmədiyi bilidirilən açıqlamada ABŞ-ın bu şəxsləri illərlə saxlamayacağına işarə edilib. Xəbərdə qeyd edilir ki, indi Türkiyə ABŞ tərəfindən terror qruplaşmasının məhv edilməsindən sonra son iki il ərzində əsir götürülmüş “İŞİD” terrorşuları üçün məsuliyyət daşıyacaq. Bundan başqa, Tramp Ərdoğanı noyabrda Vaşinqtona səfərə dəvət edib. "Liderlər ABŞ prezidenti Donald Trampın dəvəti ilə növbəti ayda Vaşinqtonda danışıqlar aparmağa razılaşdırıb" - deyə xəbərdə qeyd edilib. Ərdoğan noyabrın əvvəllərində Vaşinqtona nəzərdə tutulan səfəri zamanı ABŞ lideri Donald Trampla F-35 qırıcı təyyarələrinin çatdırılması məsələsini müzakirə edəcək. Bu barədə Türkiyə KİV-lərinə istinadla xəbər verir. “Çox güman ki, gələn ayın birinci yarısında Vaşinqtona səfər edəcəyik. Həm nümayəndə heyətləri ilə, həm də təkbətək müzakirələr aparacağıq. Bir çox məsələni və problemi hərtərəfli müzakirə etmək imkanımız olacaq. F-35 təyyarələrinin çatdırılması mövzulardan biridir. Bu, uzun prosesdir. Saziş çərçivəsində lazım olan ödənişi həyata keçirəcəyik. Biz bu mövzunu əsaslı müzakirə edəcəyik” - deyə Rəcəb Tayyib Ərdoğan Ankarada jurnalistlərə bildirib. Birləşmiş Millətlər Təşkilatı Türkiyə ordusunun Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyatlar zamanı mülki əhalinin qorunması ilə bağlı çağırış edib. BMT-nin yardım üzrə koordinatoru Panos Moumtzis jurnalistlərə açıqlamasında deyib ki, Türkiyənin hərbi əməliyyatlara başlayacağı təqdirdə, mülki əhalinin köçürülməsinin qarşısı alınmalıdır. O qeyd edib ki, Suriyanın şimalında köç başlaması ehtimalına qarşı fövqəladə vəziyyətlə bağlı plan tərtib edilib. Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Türkiyənin heç kəsin torpağında gözünün olmadığını açıqlayıb. Kalın şəxsi “Twitter” səhifəsində verdiyi açıqlamada qeyd etdi ki, Türkiyənin heç kəsin torpağında gözü yoxdur. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bəyan edib ki, Ankara Suriyanın şimalını terrorçulardan təmizləməkdə qətiyyətlidir. Çavuşoğlu şəxsi “Twitter” hesabında bununla bağlı açıqlamada Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edərək vurğulayıb ki, bölgəni terrorçulardan təmizləmək və ölkəmizin mövcudluğunun davamını və təhlükəsizliyini təmin etmək əzmindəyik.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Bu faktlar sizi göz yaşlarina boğacaq: Türk ordusu Suriyada inanılmaz mənzərə ilə qarşılaşdı
16.10.2019
Suriyada bir həftəyə 637 terrorçu öldürülüb
16.10.2019
YPQ/PKK-nın hücumu nәticәsindә altı dinc sakin dә hәlak oldu
16.10.2019
“Barış bulağı“ əməliyyatında məhv edilən terrorçu sayı 611-ə çatıb
15.10.2019
Aİ-yә üzv dövlәtlәrin XİN rəhbərləri Türkiyə məsələsini müzakirə edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info