Cəmil Həsənlinin dostları kimdir?
Tarix: 02.09.2013 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


“Dostunu göstər, deyim kimsən”

“Milli şura”nın namizədi Cəmil Həsənlinin təbliğat kampaniyası müxalifət liderləri tərəfindən çox anormal bir şəkildə aparılır. Rüstəm İbrahimbəyov kimi, Cəmil Həsənlinin də siyasətdə uğurlu bir şəxs olmadığı hər kəsə bəllidir. Amma son zamanlar onun arxasında gizlənib namizədlərinin “mələk” olduğunu deyərək, hər kəsi Cəmil Həsənliyə səs verməyə çağıran müxalifət liderləri sözün həqiqi mənasında əndazəni aşırlar. Xalq arasında isə gözəl bir deyim var: “Dostunu göstər, deyim kimsən”. Cəmil Həsənli kim olur-olsun, onun hansı komanda ilə seçkilərə getməsi sirr deyil axı... Hər kəsin 90-cı illərdən xaos yaradan, bacarıqsız, hətta yeri gələndə satqın kimi tanıdığı bu radikal müxalifət liderlərinin kiminsə arxasında gizlənib seçkiyə getməsi doğrudan da onların hansı gülünc duruma düşməsindən xəbər vermiş oldu.
Siyasi şərhçi Cümşüd Nuriyev hələ ki, müxalifət daxilində gedən siyasi proseslərin ürəkbulandıran hadisələrlə cərəyan etdiyini söylədi. O, bir-birini qıran “qoca qurdlar”ın
Cəmil Həsənlini özlərinə “rəhbər” seçib seçkiyə getmələrini də gülünc saydı: “Ümumiyyətlə, son zamanlar müxalifət düşərgəsindən elə şərhlər və təbliğat fikirləri eşidirsən ki, çaşıb qalırsan. Cəmil Həsənli bir alimdir. Amma ilk olaraq onun niyə yeganə namizəd olduğu hələ də mənə anlaşılan gəlmədi. Çünki Azərbaycan cəmiyyətində Cəmil Həsənlinin hansısa bir idarəçilik təcrübəsi olması kiməsə məlum deyil. O, müəllimlikdən başqa heç bir siyasi idarəçiliklə məşğul olmayıb və onun dövlətçilik təcrübəsi də yoxdur. Düzdür, cəbhənin vaxtında müşavir işləsə də, bir iş görmədi. O, bir fiqur kimi kimsənin yadında qalmadı. İkincisi, Cəmil Həsənli ancaq araşdırıcı tarixçidir. İki seçki parlamentdə oturdu və o müddət ərzində Cəmil müəllim kimsənin də yadında qalmadı. Üçüncüsü isə onun ən böyük təşkilatçılığı dövlət çevrilişinə cəhddə təqsirləndirilib həbs olunmuş Fərhad Əliyevin hüquqlarının müdafiəsi komitəsinin sədri olması oldu. O, müxalif liderlərin dediyi kimi, bu qədər bacarıqlı diplomat, siyasətçi idisə və dövlətçiliyi, qanunları da yaxşı bilirdisə, elə hüquqlarını müdafiə etdiyi şəxsi içəridən çıxardaydı... Digər tərəfdən, Fərhad Əliyev özü Cəmil Həsənlinin müxalifətin namizədi olmasını bilən kimi, heç onu dəstəkləmədi. Açıq şəkildə bildirdi ki, hazırda Azərbaycana rəhbərliyə yeganə layiq şəxs İlham Əliyevdir. Yəni, müxalifətin səviyyəsiz təbliğatı əslində Cəmil Həsənlini daha da məhvə aparır”.
Politoloq deyir ki, müxalifət liderlərinin Cəmil Həsənlini qabağa vermələri də təsadüfdən yaranmayıb. O, bir çox qaranlıq məqamların olduğunu deyərək, açılması vacib olan sirlərə də eyham vurdu: “Elə məsələlər var ki, hələlik onları deməyin vaxtı deyil. Ayın 16-dan sonra hər şey gün kimi aydın olacaq. Cəmil Həsənli ilə bağlı elə açıqlamalar verəcəyik ki, onun nəinki prezidentliyə müxalifətin namizədi kimi qatılması düzgün deyil, ümumiyyətlə onun mənəvi haqqı yoxdur ki, bu yükün altına girsin. Bu məsələlər vaxtı gələndə açıqlanacaq. Ona görə də yalançı təbliğatlar aparınca, Elman Bayraqdarın Əli Kərimli haqda yazdıqlarını oxusunlar ki, hazırkı namizədin ən böyük dəstəkləyicisi olan AXCP sədrinin İngiltərədə neçə milyonluq villası və s. gizlin işləri olduğunu da xalqa açsınlar. Onun nələrlə məşğul olması məlumdur. Cəmil Həsənlini əsas təbliğ edib şişirdən AXCP-nin mətbu orqanıdı. Müsavata yaxın qəzetdə daha çox çəkişmə və dartışmalara yer ayırırlar. Bəzi saytlarda guya ki, Cəmil Həsənlinin ən yaxşı layiqli namizəd olması haqda tez-tez yazılar gedir. Amma onu irəli verənlərə və komandasına baxanda, sadəcə Azərbaycan üçün faciəvi günlərdən başqa bir şey təsəvvür etmək olmur. Cəmil müəllim ancaq Əhməd Orucun alternativi ola bilər. Onu şişirdib indidən prezident kimi təqdim etmək, artıq xəstəlikdir. Bu, müxalifət liderlərinin özünəaşıqliyinin bir nümunəsidir və eyforiyadadırlar”.

“Çünki Azərbaycan cəmiyyətində Cəmil Həsənlinin hansısa bir idarəçilik təcrübəsi olması kiməsə məlum deyil. O, müəllimlikdən başqa heç bir siyasi idarəçiliklə məşğul olmayıb və onun dövlətçilik təcrübəsi də yoxdur. Düzdür, cəbhənin vaxtında müşavir işləsə də, bir iş görmədi. O, bir fiqur kimi kimsənin yadında qalmadı.”

Cümşüd Nuriyev onu da vurğuladı ki, vahid komandada birləşdikləri görüntüsü yaradan radikalların seçimi də uğursuz olub: “Bunlar gözləmirdilər ki, Rüstəm İbrahimbəyov deyil, Cəmil Həsənli namizəd kimi onları təmsil edəcək. Birdən-birə də ətrafdakıları inandırmaq üçün onu şişirdib, tərifləməyə başladılar. Guya, onu Qərb dəstəkləyirmiş. Onun İngiltərəyə niyə dəvət olunduğunu da açıb deyəcəyik. Bunun arxasında kimlərin durması məsləsini də hamı biləcək. Bütün bunlar üzə çıxandan sonra Cəmil Həsənlinin və onu irəli verənlərin halı necə olacaqsa, təsəvvür eləmək mümkün deyil. Cəmil Həsənlinin seçki hazırlıqlarına vaxt sərf etmək əvəzinə, hər gün palaz-palaz müsahibələrdə yalançı vədlər verirlər. Müxalifətin ən böyük bədbəxtliyi odur ki, Cəmil Həsənlini çayxana səviyyəsində olan bazar adamlarının təbliğ etməsinə şərait yaratdılar. Cəmil Həsənlinin siyasətçi olması Rüstəm İbrahimbəyovun siyasətçi olması kimi bir şeydir. Üç ayın içində heç kim siyasətçi ola bilmir”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info