Fransada təhsil alan məzunlar yeni təşkilat yaratdılar
Tarix: 08.10.2019 | Saat: 11:40:00 | E-mail | Çapa göndər


"Azərbaycan-Fransa Məzunları" İctimai Birliyi təsis olunub. Fransada təhsil almış məzunlar tərəfindən yaradılan yeni qurumun əsas məqsədi Azərbaycanla Fransa arasında münasibətlərin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini, o cümlədən, Dağlıq Qarabağ həqiqətlərini Avropada yaymaqdır.
Yeni qurumun fəaliyyət istiqamətləri ilə bağlı danışan "Azərbaycan-Fransa Məzunları" İctimai Birliyi Təşəbbüs Qrupunun sədri Araz Bayramov bildirib ki, ötən həftə Fransada təhsil almış məzunlar bir araya gələrək, belə bir qurumun yaradılmasına qərar veriblər: “Bu məsələ uzun müddət idi ki, müzakirə olunurdu. Nəhayət qərar verdik ki, belə bir qurumu təsis edək".
A.Bayramovun sözlərinə görə, hazırda Azərbaycanda onlarla Fransa məzunu olan mütəxəssis var ki, onlar müxtəlif sahələrdə ölkəmizin inkişafına töhfə verirlər:
“Yaxın günlərdə birliyin təsis konfransı keçiriləcək. Fransada təhsil alan bütün məzunları konfransa dəvət edəcəyik. İnanırıq ki, tarixi köklərə malik olan Azərbaycan-Fransa münasibətlərinə öz dəstəyimizi verəcək, Azərbaycan həqiqətlərini beynəlxalq miqyasda layiqincə yaya biləcəyik”.
Tural





 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Xüsusi nəzarətə götürülmüş 165 məktəbin 102-sində nəticələr yüksəlib
15.10.2019
BMU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramı müzakirə olunub
15.10.2019
10 məktəb direktoru işdən çıxarılıb
14.10.2019
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14.10.2019
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info