AtaBank mətbuatda haqqında yazılan məlumatlarla bağlı bəyanat yayıb
Tarix: 08.10.2019 | Saat: 12:08:00 | E-mail | Çapa göndər


Son zamanlar bank sektoru, həmçinin “AtaBank” ASC barəsində qərəzli xoşagəlməz xəbərlər yayılır. Bununla bağlı AtaBank xəbərləri yaymış saytların ictimaiyyətə yanlış məlumatların verilməsi halından təəssüfləndiyini bildirir və bununla bağlı aşağıdakıları çatdırmaq istəyir.
Belə ki, AtaBank bildirmək istəyir ki, bankın fəaliyyəti haqda mətbuatda işıqlandırılmış bu xəbər heç bir fakta əsaslanmır. Bank stabil fəaliyyətini davam etdirir. Həmçinin müştərilər nağdsız əməliyyatlar aparır və nağd vəsaitlərin çıxarılması kimi əməliyyatlar növbəli şəkildə təmin olunur. Bank sektorunun tənzimlənməsi üçün dövlət qurumları mövcuddur və bu səlahiyyət yalnız onlara məxsusdur. Həmin qurumlarla bank gündəlik işgüzar münasibətləri davam etdirir.
Bankın mövqeyi öyrənilmədən, jurnalist etikasından kənar yazılan bu səpkidə məlumatlar müştərilər arasında çaşqınlıq yaradaraq onların bank sektoruna olan etimadını sarsıdır. Həmçinin vurğulamaq istərdik ki, dövlətin bank sektorunun inkişafı istiqamətində apardığı uğurlu siyasətinə xələl gətirən bu tip əsassız xəbərləri işıqlandıran informasiya saytları qanun qarşısında cavab verməli olacaq. Bu səbəbdən media nümayəndələrini əsassız iddialar yaymamağa çağırırıq.







 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info