Azərbaycanın gənclər sahəsində uğurları BMT tərəfindən diqqətlə izlənilir
Tarix: 02.09.2013 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Beynəlxalq Model Konfransına hazırlıq çərçivəsində gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nazirlik və BMT-nin İnkişaf Proqramı (BMT İP) əməkdaşlarından ibarət nümayəndə heyəti BMT-nin Nyu-Yorkdakı qərargahında son görüşlərini keçirib.
BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyəti BMT-nin İnkişaf Proqramı rəhbərinin köməkçisi və BMT İP Avropa və MDB ölkələri üzrə Regional Bürosunun bölgə direktoru xanım Cihan Sultanoğlu ilə görüşüb.
Görüşdə C.Sultanoğlu qeyd edib ki, Gənclər və İdman Nazirliyi ilə birgə BMT Təhlükəsizlik Şurası Modeli tədbirinin keçirilməsi qurumun İnkişaf Proqramı ilə Azərbaycan Hökuməti arasında münasibətlərin yüksək səviyyədə olmasının sübutudur.
Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamentinin təşviqat bölməsinin direktoru Mahir Nasser və BMT-nin inkişaf və sülh naminə idman ofisinin əlaqələndiricisi Erik Dienes ilə görüşlərdə azərbaycanlı gənclərin dünya idmanında əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib.
Görüşlərdə Bakının 2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı, 2015-ci il birinci Avropa Oyunları, 2016-cı il şahmat üzrə dünya çempionatı, 2017-ci il İslam Həmrəyliyi Oyunları və 2019-cu il bədii gimnastika üzrə dünya çempionatı kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ölkədə dinamik və uğurlu siyasətin nəticəsi olduğu xüsusi vurğulanıb.
Görüşlərdə, həmçinin Azərbaycanda gənclər sahəsində aparılan islahatlar, Dövlət Proqramı və mövcud təcrübənin digər üzv ölkələrə nümunə kimi tətbiq olunması istiqamətində birgə səylərin gücləndirilməsi də müzakirə edilib.
Səmimi və işgüzar görüşlərdə nümayəndə heyətinin rəhbəri İntiqam Babayev BMT-nin İnkişaf Proqramı, habelə alt qurumları ilə əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsi üçün qarşılıqlı maraqların olduğunu qeyd etmiş və qarşı tərəfi Azərbaycana səfərə dəvət edib.
Azərbaycan nümayəndə heyətinin BMT-nin Nyu-York qərargahına rəsmi səfəri avqustun 30-da başa çatıb.
BMT-nin Təhlükəsizlik Şurasının Beynəlxalq Model Konfransı bu ilin oktyabr ayında Bakıda keçiriləcəkdir. Tədbirdə Azərbaycan da daxil olmaqla, hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitetin tələbə və məzunları iştirak edəcəklər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
21.05.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
21.05.2019
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info