Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq üçün böyük potensiala malikdir
Tarix: 08.10.2019 | Saat: 12:58:00 | E-mail | Çapa göndər


Azərbaycan, Türkiyə və Rusiya siyasət və iqtisadiyyatın müxtəlif sahələrində üçtərəfli əməkdaşlığın inkişafı üçün ciddi potensiala malikdir.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin yanında Təhlükəsizlik və Xarici Siyasət məsələləri Şurasının üzvü Mesut Hakkı Caşin Bakıda Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilən “Azərbaycan-Rusiya-Türkiyə: siyasi dialoq, iqtisadiyyat, təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans zamanı deyib.
O bildirib ki, bugünkü gün Bakı, Ankara və Moskva iqtisadiyyatın aparıcı sahələri və enerji sahəsində uğurla əməkdaşlıq edir:
“Ölkələrimiz birgə layihələr reallaşdırır və reallaşan layihələrin təhlükəsizliyinin qarantı olaraq üç ölkənin liderləri çıxış edir. Hesab edirəm ki, enerji sahəsində irimiqyaslı layihələrin reallaşdırılması böyük əhəmiyyət kəsb etməyə başlayır və bu, zəmin yaradır ki, üç vacib ölkə Avropanın enerji xəritəsini formalaşdırsın”.
M.S.Caşin qeyd edib ki, üçtərəfli əməkdaşlıq formatı iqtisadi, siyasi və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq üçün böyük perspektivlərə malikdir.




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
DGK nümayəndə heyəti ÜGT Siyasi Komissiyasının iclasında iştirak edib
05.12.2019
“Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi” mövzusunda təlim keçirilib
05.12.2019
Gənc Sahibkarlar Forumu keçiriləcək
05.12.2019
AzerTelecom və KOBİA əməkdaşlıq edəcək
05.12.2019
“Dövlət qulluğuna ilk dəfə müraciət edənlər, əsasən, heç vaxt işləməyən gənclərdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11398

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info