9 oktyabr “Avropa Qayaüstü İncəsənəti Günü” qeyd olunacaq
Tarix: 08.10.2019 | Saat: 13:14:00 | E-mail | Çapa göndər


2019-cu il 9 oktyabr tarixi Avropa Şurası tərəfindən hər il “Avropa Qayaüstü İncəsənəti Günü” kimi qeyd edilməsi elan olunmuş və bu hadisə “Avropa İrs günləri” (EUROPEAN HERITAGE DAYS) layihəsi çərçivəsində keçirilən tədbirlər sırasına daxil edilmişdir. Bu əlamətdar günlə bağlı üzv ölkələr tərəfindən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi də 9 oktyabr 2019-cu il tarixində keçiriləcək beynəlxalq tədbirə qatılacaq və aşağıda sadalanan tədbirlərin təşkilatında böyük rol oynayacaqdır.
9 oktyabr 2019-cu il tarixində Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunda “Açıq qapı” günü elan edilir.
6-12 yaşlı məktəblilər üçün Avropa Rəsm Yarışması elan edilir (European Drawing Contest). Gənc rəssamların Abşeron petroqliflərinə həsr olunmuş ən yaxşı rəsm səyahət sərgisinin bir hissəsi elan ediləcək və “Keçmiş Avropa incəsənəti gələcəyin avropalılarının gözü ilə” kitabının nümayişi təqdim olunacaq və web saytda yerləşdiriləcəkdir.http://www.prehistour.eu/
Saat 11:00-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin konfrans zalında, PRAT-CARP (Prehistoric Rock Art Trails/ Cultural Routes of the Council of Europe ) təşkilatının elmi eksperti, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova “Bəşəriyyətin ilk incəsənəti” adlı mühazirə ilə çıxış edəcəkdir.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən mövzuya aid “Pantomima səhnəsi” və maraqlı təqdimatlar nümayiş olunacaqdır.
Silsilə tədbirlər çərçivəsində 11 oktyabr 2019-cu il tarixində saat 11:00-da Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunda “Ağacəkmə aksiyası” həyata keçiriləcəkdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info