Texas ştatı ABŞ-da növbəti prezident seçkilərində həlledici rol oynaya bilər
Tarix: 02.09.2013 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


CNN telekanalının araşdırmalarına görə, ABŞ-da siyasi reallıqlar dəyişməyə başlayır. Məsələn, prezident və parlament seçkiləri ərəfəsində həmişə qırmızı rəngə boyanan (ABŞ-ın Respublikaçılar Partiyasının rəngi) Texas ştatı xəritəsində göy nöqtələrə (ABŞ-ın Demokratiya Partiyasının rəngi) daha çox üstünlük verməyə başlayıb.
Texasın mühafizəkar ştat olaraq qalmasına baxmayaraq, ABŞ-ın Demokratlar Partiyası Texasın El-Paso, San-Antonio, Ostin və əlbəttə ki, demoqrafik məlumatların günbəgün dəyişdiyi Hyuston kimi iri şəhərlərində öz bazasını genişləndirməyə ümid edir. Şəhərin meri Annis Parker təsdiq edir ki, son 30 ildə Hyuston “iki irqdən ibarət cənub şəhərindən” Demokratlar Partiyasının bazasını təşkil edə biləcək etnik icmaların sayının artdığı “qaynar qazan”a çevrilib. 1980-ci ildə Hyustonda ağdərili sakinlər 52 faiz təşkil edirdilərsə, 2010-cu ildə bu göstərici 26 faizədək azalıb. Afroamerikalıların sayı isə, müvafiq olaraq, 27 faiz və 23 faiz təşkil etmişdir. Hyustonun ispandilli əhalisinin faiz göstəricisi kəskin şəkildə artmışdır: 1980-ci ildə onlar yalnız 18 faiz təşkil edirdilərsə, 2010-cu ildə bu göstərici 44 faiz, asiyalıların sayı isə müvafiq olaraq, 2 faiz və 6 faiz olub.
Xatırladaq ki, Hyuston Azərbaycan icmasının inkişaf etdiyi şəhərlərdən biridir. Amerikada dünyanın neft paytaxtı kimi məşhur olan bu şəhər 1976-cı ildən Bakı ilə qardaşlaşıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info