Növbəti “KOB Dostu” İmişli rayonunda fəaliyyətə başlayıb
Tarix: 08.10.2019 | Saat: 13:36:00 | E-mail | Çapa göndər


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") şəbəkəsi genişlənməkdə davam edir. Növbəti “KOB Dostu” İmişli rayonunda fəaliyyətə başlayıb. Agentlikdən bildirilib ki, bununla da ölkə üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 17-ə çatıb. Oktyabrın 8-də KOBİA-nın təşkilatçılığı, İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda “KOB Dostu”nun fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilib. İmişli rayonunda sahibkarlara xidmət göstərən müxtəlif dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə “KOB Dostu” mexanizmi, mikro, kiçik və orta sahibkarlara “KOB Dostu” tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə məlumat verilib. KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, İmişli və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər. İmişli "KOB Dostu" sahibkarlıq sahəsində KOB-lara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstərəcək. Sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən O.Məmmədov “KOB Dostu” şəbəkəsinin ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.
Sonra “KOB Dostu” konsepsiyası ilə bağlı təqdimat keçirilib. Tədbir çərçivəsində, həmçinin KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici videoçarx nümayiş edilib. Tədbirin sonunda İmişli rayonunda yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “KOB Dostu” ofisi ilə tanışlıq olub. Qeyd olunub ki, burada “KOB Dostu” tərəfindən sahibkarlara müvafiq xidmətlərin və dəstəyin göstərilməsi üçün lazımi şərait yaradılıb, ofisin fəaliyyətinə “KOB könüllüləri” cəlb edilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info