“Öd kisəsində daşı olub ağrılardan şikayət yoxdursa, əməliyyat məsləhət deyil”
Tarix: 08.10.2019 | Saat: 14:18:00 | E-mail | Çapa göndər


Mircəlal Kazımi: “Məsləhət görərdim ki, öd kisəsində daşı olan şəkərli diabet xəstələri zamanında xolesistektləmə əməliyyatına məruz qalsınlar”

“Həkim məsləhəti” rubrikamızda Mərkəzi Gömrük Hospitalının həkimi, tibb üzrə fəlsəfə doktoru, cərrah-transplantoloq Dr. Mircəlal Kazımi öd daşı xəstəlikləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda öd daşı xəstəlikləri çox geniş yayılıb. Öd kisəsində daşı olan hər xəstə mütləq əməliyyat olunmalıdırmı? Öd daşından qurtulmaq üçün nə etmək lazımdır? Hansı hallarda əməliyyat, hansı hallarda müalicə üsullarından istifadə olunmalıdır?

- Doktor, cərrahi xəstəliklər arasında ən çox rast gəlinəni öd kisəsi əməliyyatlarıdır. Bu əməliyyatlar əksər hallarda öd kisəsində olan daşlara görə, bəzi hallarda öd kisəsinin polipi və yaxud daş olmadan öd kisəsinin iltihabına görə olunan əməliyyatlardır. Hər öd daşı olan xəstəyə öd kisəsi əməliyyatı etmək, yəni xolesistektləmə lazımdırmı?

- Bu sual daha çox verilən suallardandır. Təəssüflər olsun ki, öd kisəsi daşına görə əməliyyat olunan xəstələrin sayı çoxdur. Əslində tibbi olaraq hər öd kisəsi daşı olan xəstələrə əməliyyat göstəriş deyil. Öd kisəsinin daşı olub kliniki simptomları olarsa, belə xəstələrin əməliyyat olunmaqları məsləhətdir. Amma öd kisəsində daşı olub ağrılardan şikayət yoxdursa, əməliyyat məsləhət deyil. Qeyd edim ki, burada əsas məqam pasiyentin bu xəstəliklə yanaşı digər xəstəliyinin olub-olmamasıdır. Məsələn, əksər xəstələrin, xüsusən də şəkərli diabetdən əziyyət çəkən xəstələrin öd kisəsində daşlar olur. Bu, müxtəlif səbəblərlə: həyat tərzi ilə, metabolik proseslə bağlıdır, amma şəkərli diabetdən əziyyət çəkən xəstələrin öd kisəsində daşın olması özü də əməliyyata ayrıca göstərişdir. Yəni burda öd kisəsi daşının kliniki simptomlarının olması şərt deyil. Şünki şəkərli diabeti olan xəstələrdə öd kisəsi ağrılarını ilkin mərhələlərdə xəstələr hiss etməyə bilərlər. Amma öd kisəsində daşı olan şəkərli diabet xəstələri gecikmiş mərhələlərdə: öd kisəsinin iltihabı olduğu zaman, öd kisəsində qanqrena, abses olduğu zaman əlamətlər özünü göstərir. Bu da əməliyyatın fəsadını və əməliyyatın gedişatını çətinləşdirir. Ona görə də məsləhət görərdim ki, öd kisəsində daşı olan şəkərli diabet xəstələri zamanında xolesistektləmə əməliyyatına məruz qalsınlar. Təbii ki, bu əməliyyatın professional və ixtisaslaşmış tibb müəssisələrində olunması məsləhətdir. Öd kisəsi əməliyyatları laparoskpopik üsulla, yəni bağlı, qapalı üsulla icra olunur. Biz öd kisəsi əməliyyatını 2 və ya 3 dəlikdən icra edirik və nəticə etibarilə xəstə əməliyyatdan sonra bir gün xəstəxanada qalır və ertəsi gün normal işinə, sosial həyata qayıdır.
Öd kisəsinin digər problemlərindən biri də öd kisəsinin polipləridir. Öd kisəsi polipləri 15-20 faiz hallarda bədxassəli xəstəliyə-xərçəng xəstəliyinə çevrilə bilər. Ona görə də, öd kisəsində polipləri olan xəstələr müşahidə altında olmalıdır. Onlar xüsusi göstəriş nəticəsində əməliyyat olunurlar.
Belə ki, öd kisəsində olan poliplərin sayı, ölçüsü, onun artma istiqamətində olması öd kisəsində əməliyyatın aparılmasına göstəriş ola bilər. Amma onu da qeyd etmək lazımdır ki, hər öd kisəsində polipi olan xəstənin əməliyyata göstərişi də yoxdur. Lazımsız yerə xəstələr əməliyyat olunmamalıdır. Bu qərarı vermək üçün təbii ki, professional, bu sahədə ixtisaslaşmış tibb müəssisəsi və həkimlərə müraciət etsələr, xəstələr üçün daha yaxşı olar. Öd kisəsi daşının, poliplərinin müayinəsi və diaqnostikası çox sadədir. Belə ki, bəsit ultrasəs müayinəsi vasitəsi ilə öd kisəsində olan problemlər ortaya çıxa bilər. Mənim məsləhətim odur ki, şəkər xəstəliyi olan xəstələr 6 aydan bir ən azından ultrasəs müayinəsindən keçsinlər, digər xəstələrimiz isə, xüsusilə də, polipləri olan xəstələr həkimə müraciət edib öz müşahidə taktikalarını təyin etdirsinlər.
Öd kisəsində problemi olan xəstələr 2 qismə bölünür. Bu, öd kisəsinin vəziyyətindən asılıdr. Kəskin öd kisəsi iltihabı – kəskin xalisistit zamanı ağrılar daha şiddətli olur. Bu xəstələrdə sağ qabırğaaltı nahiyədə ağrıların olması bəzi hallarda xəstənin sarılığının əmələ gəlməsinə səbəb olur. Çünki öd kisəsində olan daşların riskləri və ehtimalı var ki, bu daşlar öd kanalına düşsün, düşdüyü zaman isə xəstələrdə mexaniki sarılığın əmələ gəlməsinə səbəb olur. Amma xroniki öd daşı xəstəliyi olan xəstələrdə köp, sağ qabırğaaltı nahiyədə ağrı, ağızda acılıq hissi, həzm olunmama, bəzi hallarda isə ishal şikayətləri müşahidə olunur. Bunun ən rahat və ucuz müayinə üsulu USM, qanın biokimyəvi analizlərinin nəticəsinə görə bu əlamətləri ortaya qoymaq mümkündür.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Xüsusi nəzarətə götürülmüş 165 məktəbin 102-sində nəticələr yüksəlib
15.10.2019
BMU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramı müzakirə olunub
15.10.2019
10 məktəb direktoru işdən çıxarılıb
14.10.2019
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14.10.2019
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info