“Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabı ölkələrimizin əlaqələri barədə dəyərli mənbədir
Tarix: 08.10.2019 | Saat: 14:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Rəfiqə Hüseynzadənin müəllifi olduğu “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” adlı kitabda ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən münasibətlər, eyni zamanda, Azərbaycanın tarixi, mədəni irsi haqqında məlumat verilir.
AZƏRTAC xəbər verir ki, Londonda “Senate Publishing” çap evi tərəfindən nəfis tərtibatda nəşr edilən kitabda ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafındakı xidmətlərindən bəhs olunur.
Nəşrdə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə Dövlət naziri Alan Dunkanın, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun, Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun, BP qrupunun baş icraçı direktoru Robert Dadlinin, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Azərbaycan ilə Birləşmiş Krallıq, eləcə BP arasında əlaqələr, bir çox sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikirləri yer alır. Kitabda Azərbaycanın qədim tarixinə, zəngin mədəniyyətinə nəzər salınır, tarixi abidələrimiz haqqında məlumat verilir. Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan qədim dövrlərdən Zərdüştliyin mərkəzlərindən biri olub. Bu, Azərbaycan mədəniyyətinin dünya mədəniyyətində tutduğu mövqe və göstərdiyi təsirin müəyyənləşdirilməsi baxımından çox aktualdır. Paytaxt Bakının yaxınlığındakı Yanardağ əsrlərboyu maraq doğurub. İndiyədək aparılmış arxeoloji tədqiqatlar Azərbaycanın dünyada ən qədim insan məskənlərindən və sivilizasiya yerlərindən biri olduğunu göstərir. Qazıntılar zamanı Azərbaycanda iki milyon il əvvəl insan sivilizasiyasının izləri aşkarlanıb. Nəşrdə Azərbaycanın böyük tarixə malik neft sənayesindən ətraflı bəhs olunur. Dünyada qədim neft diyarı kimi tanınan Azərbaycanda neftin sənaye üsulu ilə hasilatının hələ XIX əsrin ortalarından başlandığı diqqətə çatdırılır. Müəllif Azərbaycan neftinin tarixindən bəhs edərkən daha qədim dövrlərə ekskurs edir, italyan səyyah Marko Polonun Bakı nefti ilə bağlı qeydlərinə də yer verib. Azərbaycanın ta qədimdən müasir dövrədək tarixi haqqında oxuculara ətraflı məlumat verən Rəfiqə Hüseynzadə ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması və möhkəmlənməsində xidmətlərini xüsusi vurğulayıb. Kitabda Azərbaycanla Böyük Britaniya arasında ilk əməkdaşlıq əlaqələrinin XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan çar Rusiyası tərkibində olduğu zaman yarandığı qeyd edilir. Bildirilir ki, 1992-ci ilin martında ölkələrimiz arasında diplomatik münasibətlər qurulub. Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ilin fevralında Böyük Britaniyaya ilk rəsmi səfəri, orada keçirdiyi çoxsaylı görüşləri əlaqələrimizin inkişafında mühüm rol oynayıb. Münasibətlərimizin yüksələn xətt üzrə inkişafı siyasi, iqtisadi, mədəni, təhsil və idman sahələrində əməkdaşlığı əhatə edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu əməkdaşlığı Prezident İlham Əliyev uğurla davam və inkişaf etdirir. Müəllif, həmçinin SOCAR-ın nailiyyətlərindən, BP ilə uğurlu əməkdaşlığından söhbət açır. Bundan başqa, Azərbaycanda həyata keçirilən islahatlar, ölkəmizin reallaşdırdığı qlobal enerji, nəqliyyat layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu haqqında məlumat verir. Kitabda Azərbaycanın idman nailiyyətlərindən də bəhs olunur.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info