Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək
Tarix: 08.10.2019 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


Növbəti ildən Pekindən başqa, Çinin daha bir şəhərindən də Bakıya uçuşların həyata keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bunu “Azərbaycan Hava Yolları”nın (AZAL) Çindəki rəsmi nümayəndəsi “ETI Holidays” şirkətinin baş icraçı direktoru Guo Dongje deyib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib ki, 2018-ci ildə Çindən Azərbaycana 13 min nəfər gəlib.
Onun sözlərinə görə, yalnız bu ilin sentyabr ayının sonunadək bu say 20 min nəfər təşkil edib. F.Zenqstşmid hesab edir ki, bu say yaxın gələcəkdə dəfələrlə artacaq.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları”nın (AZAL) Çindəki rəsmi nümayəndəsi “ETI Holidays” şirkəti çinli subagentlər üçün birgə təlimlər keçirəcəklər. Bununla bağlı razılıq Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin “Azərbaycan Hava Yolları”nın (AZAL) Çindəki rəsmi nümayəndəsi “ETI Holidays” şirkətinin baş icraçı direktoru Guo Dongje ilə görüşündə əldə olunub.
Təlimlərin keçirilməsində məqsəd Azərbaycanın turizmin müxtəlif istiqamətləri üzrə potensialı, hotelləri, turizm marşrutları, görməli yerləri, qədim memarlıq abidələri və milli mətbəxinin tanıdılmasını artırmaqdır. Guo Dongje təmsil etdiyi şirkətin 5000 subagentdən ibarət şəbəkə ilə əməkdaşlığından söz açaraq bu təlimlərin Azərbaycanın tanıdılmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.
Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə göstərir.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info