TANAP-ın baş direktoru: “Əldə edilən gəlirin 58 faizi Azərbaycana düşəcək”
Tarix: 08.10.2019 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


TANAP-ın baş direktoru Saltuk Düzyol oktyabrın 8-də İstanbulda keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirib. O bildirib ki, TANAP qaz-boru kəməri tam gücü ilə işə düşdükdən sonra qazın nəql edilməsindən 1.45 milyard dollara qədər gəlir əldə ediləcək. Onun sözlərinə görə, bu məbləğin 58 faizi Azərbaycana düşəcək. S.Düzyol bildirib ki, Azərbaycan, eyni zamanda TANAP kəməri ilə daşınan öz təbii qazından gəlir əldə edəcək: "Trans-Anadolu qaz boru kəmərinin (TANAP) işə salınması Azərbaycanla Türkiyə arası qaz nəqli həcmlərini artıracaq. Nəticədə Türkiyənin Rusiyadan alınan qazdan asılılığını daha da azaldacaq". Baş direktor əlavə edib ki, indiyədək TANAP-ın işlənilməsi çərçivəsində qazın nəqlindən Türkiyə hökumətinə hər min kubmetrə 5,95 ABŞ dolları ödənilib.

TANAP-ın icrası çərçivəsində 1000-dək layihə reallaşdırılıb
Baş direktor bildirib ki, TANAP layihəsinin icrası çərçivəsində bu günədək boru kəməri marşrutu boyunca sosial və ətraf mühitin mühafizəsi məqsədilə 1000-dək layihə həyata keçirilib. S.Düzyol qeyd edib ki, layihənin icrası zamanı boru kəmərinin keyfiyyətində, ətraf mühitin mühafizəsində, əməyin təhlükəsizliyində və sağlamlığın qorunmasında beynəlxalq standartlara əməl olunub. Layihə çərçivəsində 131 min 620 əsas xətt borusunun qaynağı həyata keçirilib. İnşaat çərçivəsində 5 milyon kubmetrdən çox qazıntı işi və 7 minədək xüsusi keçid həyata keçirilib. Boru kəmərinin keçdiyi ən yüksək nöqtə 2760 metr, ən dərin nöqtə isə dəniz səviyyəsindən 65 metr aşağıda qeydə alınıb.

“İndiyədək TANAP-la Türkiyəyə 2,7 milyard kubmetr Azərbaycan qazı nəql olunub”
S.Düzyol bildirib ki, sentyabrın 30-dək TANAP boru kəməri ilə Türkiyəyə nəql olunan Azərbaycan təbii qazının həcmi 2,7 milyard kubmetrə çatıb: “Layihə üzrə yekun investisiya qərarı qəbul edilən zaman ümumi xərclər 11,7 milyard dollar həcmində qiymətləndirilirdi. Tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində 45 faiz qənaət olunub. Layihə 6,5 milyard dollarlıq sərmayə ilə başa gəlib”.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri keçən il iyunun 12-də Türkiyənin Eskişehir şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.
TANAP bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəqli üçün hazır vəziyyətə gətirilib.

“TAP tamamlandıqdan sonra “Şahdəniz-2” qazı qitənin enerji təhlükəsizliyinə töhfə verəcək”
S.Düzyol onu da vurğulayıb ki, Azərbaycan təbii qazını Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilən Cənub Qaz Dəhlizinin ən mühüm seqmenti olan TANAP tamamlanıb, növbə TAP boru kəmərinindir. Baş direktor bildirib ki, Ərdahanın Posof qəsəbəsindən Türkiyəyə daxil olan, 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçdikdən sonra Ədirnənin İpsala qəsəbəsində Avropa sərhədinə çatan 1850 kilometrlik boru xətti Türkiyə-Yunanıstan sərhədində Azərbaycan qazını Avropaya çatdıracaq TAP-a qaz verilməsi üçün hazır vəziyyətə gətirilib.
“Cənub Qaz Dəhlizinin son mərhələsi TAP tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz Avropaya çatdırılaraq qitənin enerji təhlükəsizliyinə töhfə verəcək”, - deyə S.Düzyol qeyd edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info