Xəzər Teyyublu: “Milli şura”da KXCP-yə qarşı həmişə ayrı-seçkilik olub”
Tarix: 02.09.2013 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


“Milli şura”nın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki qərargahı nəhayət ki, fəaliyyətə başlayıb. MSK-nın Cəmil Həsənlinin prezidentliyə namizədliyini təsdiqləməsindən sonra onun seçki qərargahı imza toplanması kampaniyasına start vesə də ortaya yeni bir problem çıxıb. “Milli şura” üzvləri arasında müəyyən narazılıqlar yaranıb ki, bu da KXCP sədri Mirmahmud Mirəlioğlunun “milli şura”da təmsil olunan müxalifətin əsas iki partiasının - Müsavat və AXCP-nin ünvanına müəyyən ittihamlar səsləndirməsidir.
Mirmahmud Mirəlioğlu öz ittihamlarını qarşı tərəfə konkret suallar ünvanlamaqla yönəldib: “Bu Seçki Qərargahı “milli şura”nındırsa, Cəmil Həsənlinin vahid namizədliyi ətrafında formalaşıbsa, C.Həsənli orada iştirak edənlərdən hər kəsin vahid namizədidirsə, niyə bu, yalnız iki təşkilata həvalə olunur? Bu, birinci sualdır. Yaxud burada iştirak etmək istəyənlər niyə ora buraxılmır? Bu da ikinci sual. C.Həsənli vahid namizəd seçilən gün ab-hava formalaşmışdı. Kim kimin nəyidir ki, iş bölgüsü aparsın, partiyaların qabağında sıfır, yaxud rəqəm yazsın?”
KXCP sədri onun rəhbərlik etdiyi partiyaya cəmisi min imzanın toplanmasının həvalə edilməsinə sərt reaksiya verib. Və o, bu davranışı həm Cəmil Həsənlinin əleyhinə, həm də ümumiyyətlə, “milli şura”nın dağıdılmasına yönəlik addım kimi dəyərləndirib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə buna cavab olaraq KXCP sədrinin belə məzmunlu açıqlama verməsindən təəssüfləndiyini bildirib və onun iradlarını qəbul etmədiyini söyləyib.
“Palitra”ya açıqlama verən KXCP-nin sədr müavini Xəzər Teyyublu Arif Hacılının təəssüfünü başadüşülən saymayaraq Mirmahmud Mirəlioğlunun fikirlərində haqlı olduğunu söylədi. O, sözügedən məsələdə kənarda saxlanmış KXCP-nin heç də sıradan bir partiya olmadığını da vurğuladı. Xəzər Teyyublu onu da dilə gətirdi ki, bu yaxınlarda Türkiyədə səfərdə olan KXCP sədri Mirmahmud Mirəlioğlu bu ölkənin ana müxalifət partiyasının lideri ilə görüşərkən KXCP-nin nə qədər əhəmiyyətli və böyük partiya olduğu MHP sədrinin dilindən də səsləndirildi. Təsadüfi deyil ki, Dövlət Bağçalı KXCP-ni Elçibəy yolunun əsl davamçısı olan yeganə partiya olduğunu bildirib: “İlk öncə onu deyim ki, hələ uzun müddət öncə partiyamızda müvafiq qərar var idi ki, bununla da sədr Mirmahmud Mirəlioğlu prezidentliyə namizəd kimi irəli sürüldü. Bu gün KXCP sadəcə Azərbaycanda ümumi işin xeyrinə çalışan və siyasi prosesləri birləşib müzakirə edərək hamımızın bir yerdə olmağını istəyən təşkilatlardan biridir. Konkret olaraq Mirmahmud Mirəlioğlu bu məsələdə ölkədə müxalifətin birliyi naminə vahid namizədin müdafiəsi üçün güzəştə getdi. Ən azından, biz bu məsələni qurban verdik getdi. Yəni, məsələnin bir tərəfi budur. İkinci bir tərəfdən hamımız “milli şura” ətrafında birləşmişik. Qurumun sədri Rüstəm İbrahimbəyov prezidentliyə namizəd olandan sonra isə bu şəxsin pasport qeydiyyat məsələsində problemlər ortaya çıxdı. Buna görə yenidən vahid namizəd məsələsini ortaya atıb bunu müəyyənləşdirdik. Lakin ikinci seçki qərargahının yaranması sadəcə olaraq gözlənilməz oldu. Bundan sonra partiyamız ilə qurum arasında fikir ayrılığı meydana çıxıb”.
Xəzər Teyyublu deyir ki, ayrı-seçkiliyin yaranması aşkar sezilsə də Mirmahmud Mirəlioğlu böyüklük edərək buna susmuşdu: “Amma konkret olaraq niyə “milli şura”nın seçki qərargahı ola-ola, Cəmil Həsənlinin namizdəliyi qeydə alındıqdan sonra yenidən seçki qərargahı yaradıldı? Bu da azmış kimi AXCP-Müsavat cütlüyü buna rəhbərlik etməyə başladı. Yəni, sadəcə olaraq KXCP-nin prinsip olaraq ortalığa qoyduğu mövqe budur ki, seçki qərargahıdırsa, orada mütləq KXCP də, digər partiya və ya şəxslər də təmsil olunmalı idi. Paradoks halla rastlaşdıq sadəcə. Bu gün ölkədə oturuşmuş infrastruktura malik və Elçibəy təşklatı olan KXCP “milli şura”nın və partiyamızın qəbul etdiyi vahid namizəd Cəmil Həsənlinin müdafiə işindən kənarlaşdırıldı. Çox maraqlıdır ki, Elçibəy təşkilatı ölkənin siyasi həyatında olan ciddi bir prosesdə, vahid namizədin imzatoplama məsələsində kənara qoyulur. Bu cür yanaşmanı qüsur və uğursuz hesab edirik. Təbii ki, yerlərdə KXCP-nin üzvləri də bu məsələdə olduqca pərişan olublar. Təkcə rəhbərlik deyil, sıravi partiya üzvləri də dostların bu hərəkətini qəbul edə bilmirlər. Bu belə olmamalıydı. Olsun. Buna da səbr edək hələ ki...”.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info