Almaniya “Cənub Qaz Dəhlizi”ni enerji təminatının şaxələndirilməsi üçün vacib layihə hesab edir
Tarix: 09.10.2019 | Saat: 09:12:00 | E-mail | Çapa göndər


Berlin hesab edir ki, “Cənub Qaz Dəhlizi” Almaniyanın və Avropa İttifaqının enerji təminatının şaxələndirilməsi üçün çox vacibdir.
Bunu Trend-ə Almaniyanın İqtisadiyyat və Energetika Federal Nazirliyinin dövlət katibi Tomas Barayss deyib.
O bildirib ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” üzrə vacib qaz tədarükçüsü olacaq və ona görə də bu layihənin uğur qazanmasında mühüm rol oynayır:
“Tarixdə ilk dəfə “Cənub Qaz Dəhlizi” Avropa İttifaqı ölkələrinə Xəzər regionundan qaza birbaşa çıxış verəcək. Bu, həm də onu ifadə edir ki, Azərbaycanın Avropaya qaz tədarükçüsü və tranzit ölkə kimi rolu artacaq. Azərbaycan yeni bazarlara çıxmaqla qazanan tərəf olacaq”.
Dövlət katibi qeyd edib ki, Azərbaycan təkcə Almaniyanın Cənubi Qafqazdakı vacib iqtisadi tərəfdaşı deyil, eləcə də enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı səylərdə vacib tərəfdaşıdır:
“2018-ci ildə ikitərəfli ticarətin həcmi iki milyard avrodan bir qədər az olub. 2018-ci ildə Azərbaycan Almaniyaya 3 milyon tondan çox xam neft ixrac edib və Almaniya neft ixrac edən səkkizinci ölkə olub”.
T.Barayss əlavə edib ki, 2017-ci ildə Almaniya şirkətlərinin Azərbaycana investisiyalarının həcmi 111 milyon avro təşkil edib:
“Biz ikitərəfli münasibətlərin inkişafı yolu ilə bu göstəriciləri artırmaq istəyir”.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17.10.2019
Prezident Saleh Məmmədovu qəbul edib: YENİLƏNİB
17.10.2019
Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
17.10.2019
Ekspert: Prezident iqtisadi müşavirədə bir daha islahatların dərinləşdiriləcəyi və şəffaflığın artırılacağı mesajını verdi
17.10.2019
SOCAR yeni istiqrazlar buraxacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
3 Vasim Məmmədəliyev vəfat edib
4 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
5 Kişi sağlamlığı üçün ən faydalı maddə - Pomidor, qreypfrut və itburnuda var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info