“Bulla-Dəniz” yatağında qəza baş vermiş özül təmizlənib
Tarix: 02.09.2013 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


“Bulla-Dəniz” yatağında qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qəza baş vermiş özül “Şirvan” və “Z.Hacıyev” kran gəmiləri vasitəsilə yanğın zamanı çökmüş qülləaltı postamentin elementlərindən başqa bütün avadanlıqlardan tam təmizlənib. Qəzanın aradan qaldırılması üzrə bundan sonra aparılacaq əməliyyatlarda iştirak etmək üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təhlükəsizlik idarəsinin fontana qarşı dağ-mədən xilasetmə hərbiləşdirilmiş hissəsinin və Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı mütəxəssisləri ilə birlikdə bu sahədə böyük təcrübəyə malik Amerikanın “Boots & Coots international Well Control” şirkətinin nümayəndələri də dəvət olunub.
Hadisə yerinə birgə baxış keçirilmiş və quyunun bağlanmasında ”Qurban Abbasov” kran gəmisinin gücündən istifadə olunması qərara alınıb. Hazırda kran gəmisində müvafiq hazırlıq işləri görülür.
Hava şəraiti imkan verən kimi işə başlanılacaq.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info