Təhsil müəssisələrində Nəsimi irsi ilə bağlı müsabiqə
Tarix: 09.10.2019 | Saat: 14:51:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” adlı müsabiqəyə start verilib.
Təhsil İdarəsindən bildirilib ki, müsabiqənin keçirilməsinin əsas məqsədi Azərbaycanın söz sənəti və tarixində yüz illər boyu yaşayan Nəsimi irsi barədə məktəbliləri məlumatlandırmaq, yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikir tarixinə olan marağını artırmaqdan ibarətdir. Həmçinin şagirdlərdə mütaliə vərdişlərini, bədii, obrazlı və məntiqi təfəkkürü, tədqiqat bacarıqlarını inkişaf etdirmək, istedadlı, yüksək analitik düşüncə və təhlil qabiliyyətinə malik şagirdlər yetişdirmək müsabiqənin əsas hədəflərindəndir.
Müsabiqə şagirdlərdə ədəbi biliklərin artmasına, oxuyub-anlama bacarıqlarının, dil və nitq qabiliyyətlərinin, yaradıcı təfəkkür, düşünmə, müstəqil fikir bildirmə bacarıqlarının formalaşmasına xidmət edir. IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə 3 mərhələdən (məktəbdaxili, rayon və şəhər) ibarətdir.
Müsabiqənin məktəbdaxili mərhələsinin nəticələrinə əsasən, hər məktəbdən 3 şagird rayon turunda iştirak etmək hüququ qazanacaq. Rayon mərhələsində hər rayon üzrə uğur qazanan 5 qalib müsabiqənin şəhər mərhələsində iştirak edəcək. Final mərhələsində isə nəticələrə uyğun olaraq 6 qalib müəyyənləşdiriləcək. Qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2020
BDU-da imtahanlara ictimai baxış keçirilib
23.01.2020
Bakı Dövlət Universitetində imtahanlara ictimai baxış keçirilib
23.01.2020
Xaricdə təhsil alan gənclərin 55,4 faizi regionlarda yerləşən məktəblərin məzunlarıdır
23.01.2020
TreceCompany şirkətinin nümayəndələri ADAU-da
23.01.2020
Dəqiq elmlər üzrə oxuyan gənclər humanitar yönümlü tədqiqatlara cəlb ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11436

1 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
2 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
3 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
4 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
5 CAN təşkilatı Norveç XİN-ə 20 Yanvar faciəsi ilə bağlı müraciət ünvanlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info