Masallı şəhər Heydər Əliyev Mərkəzində şagirdlərin iştirakı ilə növbəti dəfə tarix dərsi keçirilib
Tarix: 09.10.2019 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


9 oktyabr 2019- cu il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində şəhər 3 nömrəli tam orta məktəbin 8 - ci sinif şagirdlərinin iştirakı ilə növbəti dəfə tarix dərsi keçirilmişdir. İlk öncə Masallı şəhər Heydər Əliyev Mərkəzində Dilbər İbayeva şagirdlərə Ulu Öndər Heydər Əliyevin Masallı rayonuna səfərləri haqqında geniş məlumat verərək bildirdi ki,Ulu Öndər Heydər Əliyevin Masallı rayonuna tarixi səfərləri 1980 -cı il və 5 oktyabr 1998-ci illərdə olmuşdur. Regionlara səfəri çərçivəsində Ulu Öndər Heydər Əliyev ictimaiyyətlə görüşmüş, onlara qayğısını bildirməklə yanaşı, tövsiyə və tapşırıqlarını vermişdir.
-1980- cı ilin payızında Masallının tarixində günlərdən biri yaşanırdı.Çünki, həmin gün Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Masallı torpağına gəlmişdi. Hamı Heydər Əliyevi böyük sevinclə qarşıladı. Ona rayonun bütün sahələri - tərəvəzçilik, üzümçülük, heyvandarlıq, çayçılıq üzrə il ərzində rayonun göstəriciləri barədə geniş və məzmunlu məlumatlar verildi, - deyə Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva söhbətinə davam etdirir: -Ulu Öndər Heydər Əliyevi gül-çiçək dəstələri ilə qarşılayan, rayon haqqında geniş məlumat verən Şərəfə kənd orta məktəbin indiki tarix müəllimi (o zaman rayonun qabaqcıl tərəvəzçisi və Azərbaycan SSRİ Ali Sovetinin deputatı) Sərmayə Musayeva xatirələrini belə izah etdi ki, çox həyəcanlı idim, amma Ulu Öndərin sadəliyi və səmimiyyəti həyəcanıma son qoydu. O dövrün bütün gəncləri kimi mənim də həyatımda bu görüşün çox böyük rolu olmuşdur. Ulu Öndərlə görüşüm və onun tövsiyələri həyatımda dönüş, özümə inam yaratdı...
Ümummilli Lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın bütün regionları ilə yanaşı Masallı rayonunun inkişafına böyük diqqət və qayğı göstərmiş və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyev Masallı vətəndaşlarının vətənə olan sevgisini,zəhmətə bağlılığını görərək Masallı haqqında demişdir: “Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır.”
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Masallı rayonunda kənd təsərrüfatının inkişafı şaxələnmiş və geniş vüsət almışdır. Ulu Öndər Heydər Əliyevin diqqəti sayəsində Masallı rayonunda çay plantasiyaları salınmasının əsası qoyulmuşdur. Masallının tərəvəzçilik, əkinçilik və heyvandarlıq rayonu olduğunu nəzərə alaraq suya olan tələbatı ödəmək üçün Viləşçay Su Dəryaçasının tikintisi həyata keçirilmiş və istismara verilmişdir. Masallı şəhərində vətəndaşların mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Masallı Panel zavodunun tikintisinin həyata keçirilməsi reallaşmış və hündür mərtəbəli binaların tikilməsi sürətlə davam etdirilmişdir. Vətəndaşlara elektrik enerjisinin fasiləsiz təmin edilməsi məqsədi ilə 1982-ci ildə Masallıda Elektrik yarımstansiyası tikilib istifadəyə verilmişdir. Sonda şagirdlərlə Masallıdan, Ulu Öndər Heydər Əliyevdən bəhs edən mövzu ətrafında diskusiyalar aparıldı.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
25.01.2020
Azərbaycanda daha bir qoruğa milli qoruq statusu verilib
25.01.2020
Kənd Təsərrüfatı naziri İnam Kərimov Saatlıda vətəndaşları qəbul edib
25.01.2020
Yanvar qırğını: Neftçalada əliyalın sakinlərə divan tutulub
25.01.2020
Salyanda polisin itkin düşən qıza təcavüz etməsi məlumatı təxribatdır
25.01.2020
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info