UNEC Yunanıstanda ilk Məzun Günü keçirdi
Tarix: 09.10.2019 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


UNEC ilə Qərbi Makedoniya Universiteti arasında imzalanan beynəlxalq əməkdaşlıq memorandumuna əsasən birgə magistr proqramı 3 ildir davam edir. Birgə magistr proqramı 12 fənn və buraxılış işindən ibarət olmaqla, 120 kredit təşkil edir ki, bunlardan 30 krediti UNEC-in professor-müəllim heyəti tərəfindən tədris edilir. Proqram çərçivəsində magistr hazırlığı ilə yanaşı, hər iki universitet arasında akademik mübadilə və birgə elmi tədqiqatlar aparılıb. 2019-cu ildə imzalanan yeni əməkdaşlıq müqaviləsinə əsasən, birgə magistr proqramının müddəti 2024-cü tədris ilinədək 5 (beş) il müddətinə uzadılıb.
Azərbaycan Dövlət İqtisad Universiteti ilə (UNEC) Yunanıstanın Qərbi Makedoniya Universitetinin birgə magistr proqramının ilk Məzun Günü keçirilib və məzunlara diplomlar təqdim olunub. Yunanıstanın Kastoriya şəhərində keçirilən Məzun Günündə UNEC-in rektoru, professor Ədalət Muradov və Qərbi Makedoniya Universitetinin rektoru, professor Theodoros Theodoulids magistratura üzrə birgə diplom proqramının əhəmiyyətindən söz açıblar. Bildirilib ki, birgə magistr proqramının məqsədi, beynəlxalq əmək bazarında, o cümlədən Avropa əmək bazarında yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. Proqramı bitirənlər Yunanıstanda, Azərbaycanda, Avropa İttifaqına üzv olan digər ölkələrdə işgüzar idarəçilik, iqtisadiyyat, nəqliyyat və logistika, neft-qaz texnologiyası ixtisasları üzrə fəlsəfə doktoru elmi adını qazanmaq imkanı əldə edə biləcəklər. Birgə proqramda iştirak edən magistrlər müqaviləyə əsasən, həm də təqaüdlə təmin olunublar.
Tədbirdə birgə diplom proqramının hər iki ölkə arasında təhsil, elm və sosial əlaqələrin gücləndirilməsində vacib əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin UNEC-lə Qərbi Makedoniya Universiteti arasında bakalavr təhsili üzrə mübadilə və ikili diplom proqramlarının da reallaşdırılmasının mümkünlüyü qeyd edilib və bu istiqamətdə işlərə başlamağa dair qərar verilib. Məzun Günündə çıxış edən millət vəkili Fazil Mustafa, Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Eldar Əliyev, Yunanıstan parlamentinin üzvləri Zısıs Tzıkalagıas, Olympıa Telıgıorıdou, Baş nazirin Selanikdəki ofisinin rəhbəri Antonıou Marıa, Təhsil nazirinin ali təhsil üzrə müavini cənab Digalakis, Bodosaki Fondunun TAP layihəsi üzrə maliyyə meneceri Jenny Lazarou, TAP-AG layihəsinin (Trans Adriatik Boru Kəməri) Qərbi Makedoniya üzrə meneceri Mıchalıs Goslıopoulos, “Neft və qazın menecmenti və nəql edilməsi” magistr proqramının direktoru Siskos Evangelos və digər çıxış edənlər birgə magistr proqramının hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bildiriblər. İlk dəfə olaraq həyata keçirilən birgə proqram çərçivəsində UNEC-in Avropa İttifaqına üzv olan ölkədə mütəxəssis hazırlığı həyata keçirməsini tarixi uğur adlandırıblar. Çıxışlardan sonra məzunların təntənəli andiçmə mərasimi keçirilib. UNEC-in rektoru, professor Ədalət Muradov və Qərbi Makedoniya Universitetinin rektoru, professor Theodoros Theodoulids tərəfindən imzalanan birgə diplomlar Yunanıstan vətəndaşı olan 34 magistr məzuna təqdim edilib.
Qeyd edək ki, UNEC Rusiya Federasiyası ərazisində təhsil xidmətləri göstərən yeganə xarici universitet olmaqla, Yunanıstanda da birgə magistr proqramı reallaşdıran ilk xarici universitetdir.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri
22.10.2019
Azərbaycan Texniki Universitetində əməkhaqları artırılıb
22.10.2019
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
21.10.2019
“Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Qlobal Cənubla iqtisadi əlaqələrin rolu”
21.10.2019
Aİİ-nin prorektoru Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info