Avropa dünyanın ən çox spirtli içki istifadə edən bölgəsi oldu
Tarix: 09.10.2019 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Azərbaycanda vəziyyət necədir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin bu yaxınlarda açıqladığı yeni hesabatına görə, dünyada ən çox spirtli içki Avropada istehlak olunur. 2016-cı ildə Avropada 291 100 insan spirtli içkilərin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib. 20-24 yaşlılar arasında hər 4 ölümdən biri spirtli içkilər səbəbindəndir. Orta hesabla kişilər qadınlardan 4 dəfə daha çox içirlər.
Trend-in məlumatına görə, Azərbaycanın açıqladığı rəsmi statistik məlumatlara əsasən, ötən il ərzində ölkədə narkoman kimi qeydiyyatda olan insanların sayı artsa da, alkoqolizm və alkoqol psixozu diaqnozu ilə qeydiyyatda olanların sayı azalıb.
2018-ci ildə Azərbaycanda 20 401 nəfər alkoqolizm və alkoqol psixozu diaqnozu ilə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub ki, bu say 2017-ci ildə 21 364 nəfər, 2015-cı ildə 21 777 nəfər olub.

Ötən ilin məlumatına görə, Azərbaycanda əhalinin hәr 100 000 nәfәrindən 206,9-na alkoqolizm və alkoqol psixozu diaqnozu təyin edilib. Bu say 2005-ci ildə daha yüksək olub. Həmin ildə əhalinin hәr 100 000 nәfәrindən 230,1 nəfəri (həmin ildə qeydiyyatda olan belə şəxslərin sayı 19 403 olub) alkoqolizm və alkoqol psixozu qoyulmuş şəxs olub.
Ötən il 508 nəfərə ilk dəfə alkoqolizm və alkoqol psixozu diaqnozu qoyulub. Bu say 2017-ci ildə 618 , 2015-ci ildə 619 olub.
Keçən il Azərbaycanda alkoqollu içkilərin pərakəndə ticarət dövriyyəsinn həcmi 361,7 milyon manat olub ki, bu məbləğ 2017-ci ildə 337,4, 2015-ci ildə 306,2 milyon manat olub.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Bakıda mənzillərin qiyməti ucuzlaşıb
12.12.2019
Azərbaycanda bu il 42,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib
11.12.2019
Bakıdakı bayram yarmarkalarında qiymətlər
11.12.2019
Maraqlı statistika: Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur
11.12.2019
Yağ adı altında yediyimiz kimyəvi qatqılar –VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info