Taksilərin rəngi ilə bağlı yeni standarta tədricən keçiləcək
Tarix: 02.09.2013 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Azərbaycanda taksi xidmətləri sahəsində fəaliyyət göstərən şəxslərin avtomobillərinin rəngi ilə bağlı yeni dövlət standartına keçid tədricən həyata keçiriləcək.
Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı bildirib. Onun sözlərinə görə, ölkədə komitə tərəfindən Nəqliyyat Nazirliyi ilə birgə hazırlanan «Sərnişin stansiya qurğuları və avtomobilləri dövlət standartı»nın tətbiqinə artıq başlanılıb: «Bu fərqləndirici standart bütün növ sərnişin daşıyan avtomobillərə tətbiq ediləcək. Lakin bu standartın tətbiqi tədricən həyata keçiriləcək». F.Talıblının sözlərinə görə, bu standart dərhal tətbiq edilərsə, bu, sosial ədalətsizlik yarada bilər: «Hazırda bunun keçid dövrüdür və taksi sürücüləri arasında maarifləndirmə işləri aparırıq». Komitə rəsmisi bildirib ki, bu standarta görə, Bakıda bütün növ taksilər və sərnişindaşıma nəqliyyatı vasitələri bənövşəyi rəngdə olmalıdır: «Artıq paytaxtda bu proses başlayıb və paytaxta «London» taksiləri gətirilir. Standarta görə, Sumqayıtda taksilər ağ rəngdə, Gəncə şəhərində isə boz rəngdə olmalıdır». F.Talıblı qeyd edib ki, «Sərnişin stansiya qurğuları və avtomobilləri dövlət standartı» şəhərlərarası sərnişin daşıyan nəqliyyat vasitələrini də nəzərə alıb: «Bu standarta görə, şəhərlərarası sərnişin daşıyan bütün nəqliyyat vasitələri - iritutumlu avtobuslar və minik avtomobilləri tünd qırmızı rəngdə olmalıdır. Komitə Nəqliyyat Nazirliyi ilə birgə bu standartın tətbiqinə mütəmadi nəzarət edir».




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
21.09.2018
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
21.09.2018
Azərbaycan neftinin bir barreli 80,34 dollara satılır
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info