Azərbaycanda Türkiyə təcrübəsinin geniş tətbiqinə başlanılır
Tarix: 09.10.2019 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Cari ilin 09- oktyabr -2019 oktyabr tarixində Türkiyə Sənaye və Texnologiyalar Nazirinin müavini Hasan Büyükdədə və Türk Standartları İnstitutunun sədri Adəm Şahinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
Səfər ərzində nümayəndə heyəti ölkəmizdə isthsal olunan, idxal və ixrac olunan oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması ilə məşğul olan “Azesert” Sertifikatlaşdırma Orqanı və "İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş"-nin Azerbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirib.
Tədbiri salamlama ilə açan “Azesert” Sertifikatlaşdırma Orqanı və "İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş"-nin Azerbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Teymuraz Əsgərov bildirib ki, standartlaşdırma sahəsində aparılan islahatların əsas məqsədi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, istehsal olunan məhsulların və göstərilən xidmətlərin xarici bazarlara maneəsiz ixrac edilməsidir. O, Azərbaycanda azad sahibkarlıq üçün qurulan münbit şəraitdən, ölkəmizdə istehsal olunan məhsulların yerli və beynəlxalq standartlara uyğun istehsalından, məhsulların dünya bazarına ixracından və tətbiq edilən standartlaşdırma sistemindən danışıb. O həmçinin rəhbərlik etdiyi qurum haqqında məlumat verərək bildirib ki, “Azesert” Sertifikatlaşdırma Orqanı ölkənin keyfiyyət infrastukrutunun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən ən nüfuzlu sertifikatlaşdırma orqanlarından biridir və sertifikatlaşdırma orqanları arasında ən geniş akkreditasiya sahəsinə malik olan qurumdur.AZESERT Sertifikatlaşdırma Orqanı İCAS ilə birlikdə "İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş"-nin Azerbaycan Respublikasındakı Nümayəndəliyini yaradıblar.
O, həmçinin bildirib ki bu qurumun yaradılması nəticəsində Azərbaycanda istehsal olunan məhsullar maneəsiz TSE-nin laboratoriyalarında yoxlanılaraq sertifikatlaşdırılacaq ki, bu da Azərbaycan məhsulunun dünya bazarına çıxması deməkdir. Qurum rəhbəri həmçinin ölkəmizdə neft-kimya məhsullarının sınağının aparılması üçün beynəlxalq standartlara cavab verən laboratoriyanın da inşa ediləcəyini bildirib.
Türkiyə Sənaye və Texnologiyalar nazirinin müavini Həsən Böyükdədə çıxış edərək Azərbaycana səfərindən məmnun qaldığını bildirib, Azərbaycan və Türkiyə arasında olan iqtisadi münasibətlərin daha da genişləndiriləcəyindən əmin olduğunu bildirb.
Sonra çıxış edən Türkiyə Standartlaşdırma İnstitutunun (TSE) rəhbəri Adəm Şahin yeni yaradılacaq “İntersert” sertifikatlaşdırma orqanı haqqında məlumat verərək bildirib ki, bu orqan Türkiyə və beynəlxalq standartların Azərbaycanda tətbiqinin genişləndirilməsində mühim rol oynayacaq və nəticədə TSE-nin 65 illik təcrübəsi İCAS vasitəsilə Azərbaycanda geniş tətbiq ediləcək.

Görüş zamanı TSE-nin geniş təcrübəsindən yararlanmaq, hər iki ölkənin sertifikatlaşdırma orqanları arasında əlaqələrin genişləndirilməsi, bu sahədə birgə tədbir və layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb.
Tədbirdə həmçinin Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Türkiyə iş adamları və başqa qonaqlar iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Qənd istehsalı zamanı ciddi qanun pozuntularına yol verildiyi aşkarlanıb
22.10.2019
Prezident tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22.10.2019
TANAP mükafata layiq görülüb
22.10.2019
Şahin Mustafayev Baş Nazirin müavini təyin edildi
22.10.2019
2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info