Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsinə start verildi
Tarix: 10.10.2019 | Saat: 12:23:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə BANM-in rəhbərliyi, BP şirkətinin nümayəndələri və proqramda qeydiyyatdan keçən tələbələr iştirak ediblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açılış mərasimində çıxışı zamanı bildirib ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Rektor qeyd edib ki, proqram mühəndislik ixtisası üzrə təhsil alan bütün ali məktəblərin tələbələri üçün nəzərdə tutulub. E.Qasımov proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlərin cəlb olunduğunu da vurğulayıb.
“İngilis dilində həyata keçiriləcək layihə tələbələrin müasir biznes mühitinə daha effektli inteqrə olunmasına şərait yaradacaq. Proqramı uğurla başa vuran tələbələrə xüsusi sertifikatlar təqdim ediləcək” - deyə rektor əlavə edib.
Tədbirdə təqdimatla çıxış edən Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin Böyük metodisti Ləman Hüseynova bildirib ki, “Mühəndislər üçün biznes təhsili”nin proqramına “Təqdimat və kommunikasiya bacarığı”, “Layihələrin idarə edilməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Liderlik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları”, “Danışıq bacarıqları” kimi modullar daxildir. O həmçinin qeyd edib ki, təlimlər oktyabr-dekabr ayları ərzində Bakı Ali Neft Məktəbində təşkil ediləcək.
“Proqramda Bakı Ali Neft Məktəbinin 4-ci və 5-ci kurs, digər ali təhsil müəssisələrinin mühəndislik ixtisasları üzrə təhsil alan və ingilis dili bacarıqları yüksək olan 3-cü və 4-cü kurs tələbələri iştirak edə bilər”. “BP Azərbaycan” şirkətinin Tədbirlər və Brend Kommunikasiyalar üzrə meneceri Zaur Cəbrayıl isə bildirib ki, layihə iştirakçılara biznes sahəsində bilik və bacarıqlara yiyələnmək, praktiki məşğələlərdə iştirak etmək, BP, eləcə də, digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi, Bakı Ali Neft Məktəbi və BP-nin birgə sertifikatı ilə təmin edilmək imkanları verəcək.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri
22.10.2019
Azərbaycan Texniki Universitetində əməkhaqları artırılıb
22.10.2019
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
21.10.2019
“Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Qlobal Cənubla iqtisadi əlaqələrin rolu”
21.10.2019
Aİİ-nin prorektoru Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info