Mesut İlter: “Star NEZ-in sayəsində Türkiyədə təyyarə yanacağı idxalına ehtiyac qalmayacaq”
Tarix: 10.10.2019 | Saat: 13:14:00 | E-mail | Çapa göndər


“SOCAR tərəfindən İzmirin Əliağa bölgəsində inşa edilən STAR Neft Emalı Zavodu 2019-cu ilin sentyabr ayından etibarən tam gücü ilə işləməyə başlayıb”.
Bunu Star Neft Emalı Zavodunun (NEZ) Baş direktoru Mesut İlter mətbuat konfransında deyib.
M.İlter bildirib ki, ilk satışını 2019-cu ilin yanvarında həyata keçirən Star NEZ bu il sentyabrın sonlarından etibarən tam gücü ilə işləməyə başlayıb və indiyə qədər zavodda 4,5 milyon ton xam neft emal edilib. İlin sonuna kimi bu rəqəmin 8 milyon tona yüksəlməsi nəzərdə tutulur.
O bildirib ki, Star zavodu daxili bazarın tələbatını ödəməklə yanaşı, məhsullarını Aralıq dənizi və Şimalı Avropa ölkələrinə də ixrac edir: “Star NEZ-in uzunmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır. Türkiyənin emal olunmuş neft ehtiyacının 25%-ni təkbaşına təmin edir. İllik emal gücü 10 milyon ton xam neft olan zavodda 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı, Türkiyənin cari kəsirində xüsusi əhəmiyyətə malik olan təyyarə yanacağı və LPG kimi neft məhsulları istehsal edilir. 100-dən artıq neft çeşidini emal etməyə qadir olan Star zavodunun gündəlik emal gücü 214 min barrel xam həcmindədir”.
M.İlter vurğulayıb ki, bazara, eyni zamanda dizel, təyyarə yanacağı, LPG, neft koksu kimi məhsullar çıxarılır: “Ötən aylarda “SOCAR Aviation” İstanbul aeroportunun illik 700 000 tonluq təyyarə yanacağı üçün elan etdiyi tenderi uddu. Star NEZ-də istehsal olunan təyyarə yanacağının mühüm bir hissəsi İstanbul aeroportuna tədarük olunacaq. Star-ın müştəriləri arasında digər hava limanlarının da yer alacağı gözlənilir". Qeyd edilir ki, Türkiyədə təyyarə yanacağına illik tələbat 5 milyon ton civarındadır. Turizm sektorunun genişlənməsi və İstanbul Hava Limanı kimi böyük bir istehlakçının meydana çıxması ilə bu tələbatın 6-6,5 milyon tona yüksəlməsi gözlənilir. Lakin bazara Star NEZ-in 1,6 milyon tonluq istehsalı daxil olması sayəsində 7-8 ildən sonra Türkiyədə təyyarə yanacağı idxalına ehtiyac qalmayacağı ehtimal edilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Qənd istehsalı zamanı ciddi qanun pozuntularına yol verildiyi aşkarlanıb
22.10.2019
Prezident tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22.10.2019
TANAP mükafata layiq görülüb
22.10.2019
Şahin Mustafayev Baş Nazirin müavini təyin edildi
22.10.2019
2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info