Masallının 38 kəndi su ilə təmin ediləcək
Tarix: 02.09.2013 | Saat: 22:00:00 | E-mail | Çapa göndər


«Azərsu» ASC Bakı şəhəri ilə yanaşı, regionlarda da əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə tədbirlər həyata keçirir. Cəmiyyətin mətbuat xidmətindən verilən məlumata görə, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2009-2013-cü illər) uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində genişmiqyaslı işlər həyata keçirilir.
Belə layihələrdən biri də Masallı rayonunun 23 kəndini əhatə edir. Rayonun Muğanlı zonasında yerləşən və içməli su problemi yaşayan Şərəfə, Həsənli, Hacıtəpə, Sığıncaq, Ərəb, Xırmandalı, Məmmədxanlı, Təkdam, Köçəkli Kürdəbazlı, Eminli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Xallıcalı, Ağakişibəyli, Bala Təklə, Alışanlı, Ətçələr, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Təklə, Qədirli kəndlərinin su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb. Masallı rayonunun 23 kəndində 30 mindən çox sakinin su təchizatının yaxşılaşdırılmasına hesablanmış layihənin icrasına avqust ayında başlanılıb. Layihəyə əsasən, kənd sakinlərinə içməli su Viləşçay hövzəsində inşa edilən sutəmizləyici qurğudan veriləcək. Yaşayış məntəqələrini özüaxımlı rejimdə su ilə təmin etmək üçün ümumi həcmi 10 min kubmetr olan 2 su anbarı tikiləcək. Su mənbəyindən yaşayış məntəqələrinə müxtəlif diametrli borularla 19,4 km uzunluğunda magistral su xəttinin çəkilməsi nəzərdə tutulub. Layihənin icrasına başlanandan indiyədək magistral xəttin 2,5 km-lik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. İlkin mərhələdə kəndlərdə bulaqlar quraşdırılacaq, növbəti mərhələdə kənddaxili paylayıcı şəbəkə qurulacaq. Layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur. Növbəti mərhələdə anbar kompleksindən Ərkivan-Qızılağac kəndləri istiqamətində ikinci magistral su xəttinin çəkilməsi də planlaşdırılır. Bu xətt istismara veriləndən sonra Masallı rayonunun bu mənbədən su alan kəndlərinin sayı 38-ə, əhalinin sayı isə 50 min nəfərə çatacaq. Yeni layihə «Azərsu»nun Təxirəsalınmaz Tədbirlər Planına uyğun olaraq icra edilir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir
21.11.2018
BP: “Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir
21.11.2018
“Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamlanıb
21.11.2018
“AtaBank“ şəhid ailələrinə veriləcək birdəfəlik ödəmələrə komissiya tətbiq etməyəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info