Cocuq Mərcanlıda inkubator məntəqəsi istifadəyə verilib
Tarix: 10.10.2019 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb.
Bununla bağlı Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin, Cəbrayıl Rayon İcra Hakimiyyətinin və sahibkarların iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkə regionlarının davamlı və tarazlı sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən uğurlu siyasət, reallaşdırılan müasir infrastruktur layihələri, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə görülən işlər, özəl sektorun inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Dövlət başçısının yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən birgə layihələrin kəndin sosial-iqtisadi inkişafında və sakinlərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini vurğulayan Sahib Məmmədov, inkubator məntəqəsinin istifadəyə verilməsinin kənd sakinlərinin quşçuluq sahəsində fəaliyyətinin genişlənməsinə şərait yaradacağını diqqətə çatdırıb. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlıda reallaşdırılan layihələrin kəndin inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə töhfə olduğunu bildirib.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Maykl Heninq SEDA layihəsi çərçivəsində regionlarda, o cümlədən Cocuq Mərcanlıda icra olunan icma əsaslı iqtisadi layihələr barədə məlumat verərək, Azərbaycan hökuməti ilə bu sahədə aparılan uğurlu əməkdaşlığı vurğulayıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Faiq Abbasov çıxışında kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin gördüyü işlərdən danışıb. Qeyd olunub ki, Cocuq Mərcanlı sakinlərinin mikro və kiçik bizneslə məşğul olmalarının təşviqi və onlara dəstək məqsədilə KOBİA-nın sifarişi ilə hazırlanmış bal emalı üzrə mobil emalatxana bu ilin martında istifadəyə verilib. Arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların emalı və qablaşdırılması üçün nəzərdə tutulan mobil emalatxana Cocuq Mərcanlı və yaxın kəndlərdəki arıçılıq təsərrüfatlarına xidmət edir. Tədbirdə çıxış edən Cocuq Mərcanlı sakinləri göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. Tədbir iştirakçıları inkubator məntəqəsi ilə tanış olublar. Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən SEDA layihəsi çərçivəsində yaradılmış inkubator məntəqəsi 4000 ədəd yumurta tutumlu 2 inkubator dolabı və 2400 yumurta tutumlu 1 inkubator çıxış dolabı ilə təchiz olunub. Sonda tədbir iştirakçıları sahibkarların əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi və inşası davam edən suvenir istehsalı müəssisəsi ilə tanış olublar.

Anar




 
Bölməyə aid digər xəbərlər
10.07.2020
Latviya aviaşirkəti gələn ildən Bakıya uçuşlar həyata keçirəcək
10.07.2020
Avtomobil bazarında ən çox satılan avtomobillərə indi maraq yoxdur
09.07.2020
ASA yanvar-may ayları üzrə statistik məlumatları ictimaiyyətə təqdim edib
09.07.2020
Zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb
08.07.2020
AZAL Dubaydan çarter reysi yerinə yetirib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
2 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
3 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
4 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
5 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info