AMEA Elm Tarixi İnstitutu “Bakı Dövlət Universitetinin tarixi“ kitabının təqdimatını keçirəcək
Tarix: 10.10.2019 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu 16 oktyabr 2019-cu il tarixdə, saat 12:00-da İnstitutun Akt zalında "Bakı Dövlət Universitetinin tarixi" kitabının təqdimatını keçirəcək.
Kitab Elm Tarixi İnstitutunun elmi şurasının qərarına əsasən çap olunub. Kitabın müəllifləri – tarix üzrə fəlsəfə doktorları Ziyad Əmrahov və Samir İsmayılovdur. Kitabın redaktoru və "Ön söz" ün müəllifi AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.
Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyinə həsr edilmiş tədqiqat əsərində Azərbaycanda Avropa tipli ilk ali təhsil ocağının yaradılması ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin atdığı addımlar, Universitetin Bakıda yaradılması ilə bağlı AXC Parlamentində aparılmış gərgin müzakirələr, Parlament fraksiyalarının BDU-nun açılıb-açılmaması ilə bağlı mövqeləri, Parlamentin Universitetlə bağlı çıxardığı qanun layihəsi, Universitetin 1920-ci il aprel işğalından sonrakı fəaliyyəti, Azərbaycan Müvəqqəti İnqilab Komitəsi və Azərbaycan SSR Xalq Maarif Komissarlığının universitetlə bağlı dekretləri, Universitetdə fakültə quruculuğu, Bakı Dövlət Universitetinin adının 1922-ci ildə dəyişdirilməsi, Azərbaycan Dövlət Universitetinə çevrilməsi, 1924-cü ildə bolşevik lideri V.İ.Leninin adının Universitetə verilməsi, 1930-cu ildə Bakı Dövlət Universitetinin fəaliyyətinin dayandırılması və onun bazasında yeni-yeni ali təhsil müəssisələrinin açılması, 1934-cü ildə Universitetin fəaliyyətinin yenidən bərpa edilməsi, 1939-cu ildə ildə Universitetə S.M.Kirovun adının verilməsi, Universitetdə pedaqoji kadr hazırlığı, SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda gedən ictimai-siyasi proseslərdə Bakı Dövlət Universitetinin tələbə və müəllim kollektivinin iştirakı, 1989-cu ildə Azərbaycan ziyalılarının tələbə ilə Bakı Dövlət Universitetinin tarixi adının bərpa olunması və Universitetə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və Bakı Dövlət Universiteti ilə bağlı müzakirələrdə əvəzsiz xidmətlər göstərmiş dahi lider M.Ə.Rəsulzadənin adının verilməsi, eləcə də 1990-cı ildən müasir dövrə kimi Bakı Dövlət Universitetinin fəaliyyəti ilk dəfə olaraq Azərbaycan Respublikası Dövlət Arxivi, Bakı Dövlət Universitetinin Arxivi və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin sənədləri əsasında araşdırılaraq oxuculara təqdim olunur!




 
Bölməyə aid digər xəbərlər
11.07.2020
Magistraturaya qəbul olunan bakalavrların nəzərinə
11.07.2020
UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir
11.07.2020
Azərbaycan BMT-nin təhsil proqramında təmsil olunub
10.07.2020
Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyası sona çatıb
10.07.2020
BMU-da onlayn “Məzun günü” keçirilib- VIDEO

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
2 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
3 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
4 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
5 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info