Elmar Məmmədyarov: “Danışıqlar əbədi davam edə bilməz”
Tarix: 10.10.2019 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


“Birlik məkanında həll olunmamış münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır”. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Aşqabadda MDB Xarici İşlər Nazirləri Şurasının dar tərkibli iclasında çıxışı zamanı deyib. Nazir bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişənin ən qısa zamanda siyasi həllinin tərəfdarıdır: “Eyni zamanda, danışıqlar əbədi davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizlənmə nəticəsində yaranmış vəziyyəti davam etdirməyə və saxlamağa xidmət etməməlidir”. O qeyd edib ki, beynəlxalq münaqişələr, etnik təmizləmə və suveren ərazilərin işğalı, beynəlxalq sülh və təhlükəsizliyə, habelə Birliyin bütün ölkələrinin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan terrorizm də daxil olmaqla, trans-sərhəd təhdidlərin səviyyəsini artıran əsas amillərdən biridir: “Buna görə, həll olunmamış münaqişələrin nizamlanması məsələsi diqqət və bütün ölkələrin səylərinin birləşdirilməsini tələb edir. Bir təşkilat olaraq MDB-nin topladığı müsbət təcrübə, ümumiyyətlə, ortaq məkanımızın problemlərinin həlli üçün faydalı ola bilər”.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Həmsədrlər regiona səfərləri ilə bağlı bəyanat yayıb
17.10.2019
Müdafiə naziri Çinə səfər edəcək
17.10.2019
BŞBPİ 19 oktyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib
17.10.2019
Müsavatda seçki bitdi, amma çəkişmə bitmədi...
17.10.2019
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
3 Vasim Məmmədəliyev vəfat edib
4 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
5 Kişi sağlamlığı üçün ən faydalı maddə - Pomidor, qreypfrut və itburnuda var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info