2023-cü ildə “SOCAR Türkiyə”nin yeni neft-kimya kompleksi işə düşəcək
Tarix: 10.10.2019 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


“SOCAR Türkiyə” İzmirin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir. Trend-in məlumatına görə, bunu bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında “Petkim”in Baş direktoru Anar Məmmədov bildirib. A.Məmmədov vurğulayıb ki, bu investisiya da digər layihələr kimi strateji əhəmiyyət daşıyacaq: “Obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf tereftal turşusu (PTA) idxalına tamamilə son qoyulacaq. Bu gün Türkiyədə həmin məhsul yalnız “Petkim”in tərkibindəki PTA fabrikində istehsal olunur. Lakin fabrik təkbaşına Türkiyənin ehtiyacının ancaq bir qismini ödəyə bilir. Yeni investisiya layihəsi eyni zamanda hazırda 800 min ton həcmində idxal olunan paraksilen (PX) məhsullarının da Türkiyədə istehsalına imkan verəcək. 1,8 milyard dollar sərmayə qoyulması ehtimal edilən layihə üzrə sahə işlərinin 2020-ci ildə başlayacağı planlaşdırılır. BP və “SOCAR Türkiyə” tərəfindən həyata keçiriləcək layihənin yekun investisiya qərarının 2020-ci ildə verilməsi, 2023-cü ildə isə obyektin istismara başlaması nəzərdə tutulur”




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17.10.2019
Prezident Saleh Məmmədovu qəbul edib: YENİLƏNİB
17.10.2019
Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
17.10.2019
Ekspert: Prezident iqtisadi müşavirədə bir daha islahatların dərinləşdiriləcəyi və şəffaflığın artırılacağı mesajını verdi
17.10.2019
SOCAR yeni istiqrazlar buraxacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
3 Vasim Məmmədəliyev vəfat edib
4 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
5 Kişi sağlamlığı üçün ən faydalı maddə - Pomidor, qreypfrut və itburnuda var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info