Vilayət Eyvazov Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib
Tarix: 10.10.2019 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Oktyabrın 10-da Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, geniş potensiala malik ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini xatırladan Daxili İşlər naziri onlara ölkə Prezidentinin rəhbərliyi altında respublikamızda həyata keçirilən köklü hüquqi-demokratik və sosial-iqtisadi islahatlar, cinayətkarlıqla mübarizə, sabitliyin bərpası, kriminogen durumun nəzarətə götürülməsi, ictimai qaydanın qorunması, həmçinin, DİN-in əsas hüquq və vəzifələri, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmini barədə məlumat verib.
Azərbaycan-Avstriya münasibətləri barədə danışan nazir V.Eyvazov iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx işgüzar əlaqələrin mövcudluğunu, bu əməkdaşlığın beynəlxalq hüquqi sənədlər əsasında həyata keçirildiyini qeyd edib. Avropa ölkələrinin polis təşkilatları arasında Avstriya DİN-in ölkəmizin analoji qurumu ilə ikitərəfli əlaqələr quran ilk orqan olduğunu diqqətə çatdıran cənab Vilayət Eyvazov polis təlimi və ixtisasartırma sahəsində iki mühüm sənədin imzalandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini xüsusi vurğulayıb. Andreas Rayxhardt səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edərək, ölkəmizin sürətli inkişafından, Bakının dünyanın ən gözəl və ən təhlükəsiz şəhərlərindən biri olmasından, burada özünü çox rahat və təhlükəsiz hiss etməsindən məmnunluğunu ifadə edib. O, bütün sahələrdə, o cümlədən yeni informasiya texnologiyalarının tətbiqi, hüquq-mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini nəzərə çatdıraraq ikitərəfli əlaqələrin daha da genişlənməsinə öz töhfələrini verəcəyini bildirib. Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub. Qəbulda Avstriyanın respublikamızdakı, ölkəmizin isə Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri - Bernd Bayerl və Qalib İsrafilov iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Elm Tarixi İnstitutu “Bakı Dövlət Universitetinin tarixi“ kitabının təqdimatını keçirib
17.10.2019
DİN və Baş Prokurorluq mitinqlə bağlı xəbərdarlıq yayıb
17.10.2019
Uşaqlarla keçirilən az vaxt onların əleyhinə işləyir
17.10.2019
Xaçmazda “Volk Qədir” kimi tanınan narkotacir saxlanılıb
17.10.2019
Nazir : “Bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
3 Vasim Məmmədəliyev vəfat edib
4 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
5 Kişi sağlamlığı üçün ən faydalı maddə - Pomidor, qreypfrut və itburnuda var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info